Eto Mourinyonu təhqir etdi

16.05.2014 | 3296 dəfə oxunub

"Çelsi"nin kamerunlu hücumçusu Samuel Eto baş məşqçisi Joze Mourinyoya “axmaq” deyib. Stadium.az xəbər verir ki, hücumçu Brazilyada keçiriləcək Dünya Kuboku haqqında danışarkən, onu tənqid edən məşqçisi Mourinyoya çox sərt cavab verib: “Mənim üçün sonuncu Dünya Kuboku olacağını söylədiyiniz üçün təşəkkür edirəm. 33 yaşındayam və axmağın biri mənə yaşlı dediyi üçün bunlar olmadı. Bu yaşlı adamın gənc futbolçulardan daha yaxşı olduğunu görəcəksiniz. Futbolu Amerikada, ya da Mərkəzi Asiyada tərk edəcəyimi düşünənlər var, amma Çempionlar Liqasında oynamağa davam etmək istəyirəm. Hansı komandada olacağımı deyə bilmərəm, amma Çempionlar Liqası üçün yetərli fiziki və mental gücü özümdə hiss edirəm".
Təcrübəli futbolçu "Çelsi" forması altında cari mövsüm Premiyer Liqada 21 oyunda 9 qol vurub, komandasıyla Çempionlar Liqasında isə oyuna çıxdığı 9 matçda 3 qola imza atıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail