Azərbaycan millisi İranda tarix yazdı

16.05.2014 | 3946 dəfə oxunub

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları başa çatıb.  Stadium.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan yunan-Roma güləşi üzrə yığma komandası güləş tariximizdə yeni səhifə yazıb. Güləşçilərimiz Dünya Kuboku yarışlarında ilk dəfə 3-cü yeri tutub və bürünc medala sahib olub.  

Güləşçilərimiz Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə eyni qrupda mübarizə aparıb. Güləşçilərimiz ilk görüşdə yerli İran güləşçilərinə məğlub olsa da, daha sonra ardıcıl olaraq Ermənistan (8:0), Koreya (5:3) və Finlandiya (5:3) yığmasını məğlub edən yığmamız qrupda 2-ci yerdə qərarlaşıb və bürünc medal şansı əldə edib. Həlledici qarşılaşmada Macarıstan güləşçilərini 6:2 üstələyən yığmamız yarışları üçüncü sırada tamamlayıb və Dünya Kubokunun bürünc medalına sahib olub. 

Bu, yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarında yığmamızın indiyə qədərki ən uğurlu nəticəsidir. Buna qədər güləşçilərimiz 2011-ci ildə Belarusun paytaxtı Minskdə və 2012-ci ildə Rusiya Federasiyasının Saransk şəhərində keçirilən analoji yarışda 4-cü yerlə kifayətlənmişdilər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail