Fariz Nəcəfov: "Razılıq versə, günü sabah "Qəbələ"yə baş məşqçi vəzifəsinə təsdiq olunar" - MÜSAHİBƏ

30.05.2014 | 4831 dəfə oxunub

Ötən gün “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərə müsahibə verdi. Stadium.az xəbər verir ki, Nəcəfov əvvəlcə "III Qəbələ Cup", daha sonra isə komandanın baş məşqçi məsələsinə aydınlıq gətirdi.

- “Udineze”yə qarşı görüşün ilk hissəsində uşaqlar çox yaxşı oynadılar. Ötürmələr və fiziki hazırlıq baxımından rəqibindən üstün idilər. Məndə olan məlumata görə, “Udineze” oyun günü Qəbələyə gəldiyi üçün yorğun idi. Ancaq əsas nəticə yox, yaxşı oyun göstərməkdir. “Fənərbaxça”ya isə yenildik. Onların futbolçularının fiziki cəhətdən çox güclü olduğu hiss olunur. Yəqin ki, bir az da uşaqlarda yorğunluq var idi deyə yaxşı oyun göstərə bilmədilər.

 - “Fənərbaxça” 3:0 hesabı ilə qalib gəldi. Hətta penaltini vura bilsəydilər, hesab daha böyük ola bilərdi. Bu yaşda komandalar arasında belə səviyyə fərqinin olmasını nə ilə əlaqələndirirsiniz?

 - Məncə, bu, ölkələr arasında keçirilən həmin yaş qrupu üzrə çempionatların səviyyəsi ilə bağlıdır. Həm də ki klublar arasında yaş fərqi çox böyükdür. Orda uşaq futbolu demək olar ki, 100 ildir var. “Qəbələ”də isə bu, 5-ci ildir. Məncə, aşağı yaş qruplarından yeni istedadlar üzə çıxmalıdır. Həm də ki kiçik yaşlardan başlayaraq sistematik oyun məsələsi həll olunmalıdır. Düşünürəm ki, yaxın 4-5 ildə bu səviyyə fərqi aradan qalxar və ən azı bu dərəcədə olmaz.

 - Avrokuboklara başlamağınıza təxminən 1 ay vaxt qalıb. Baş məşqçi məsələsində nə kimi irəliləyişlər var?

 - Sözsüz, vaxtımızın olmadığını başa düşürük. Ona görə də məşqçi məsələsini həll etməyə tələsirik. Amma çox təəssüf ki, bu tez bir zamanda həll olunan bir şey deyil. Tələsik qərar qəbul etməklə sabah pis nəticələrə yol vermiş olarıq.

 - Avroliqada uğursuz çıxış etsəniz, bunu yeni baş məşqçinin gəlişi ilə əlaqələndirə bilərsiniz...

 - Biz bəhanə etməyi fikirləşmirik. Klubun yalnız uğuru haqqında düşünürük. Çox tələsmək də olmaz. Ancaq komanda ən geci iyunun 10-na kimi bir araya gəlməli və toplanış keçməlidir. Bunu nəzərə alıb təcili məşqçi namizədlərimizlə görüşlər keçirmişik. Hazırda üzərində dayandığımız namizədlər öz klublarında hazırda işləyir. Onlardan cavab gözləyirik. Artıq sabah bir cavab verərlərsə, onlardan biri ilə müqavilə imzalana bilər.

 - “Qəbələ”yə gələcək yeni məşqçinin əcnəbi olacağı bilinir. Hazırda neçə namizəd üzərində dayanmısınız ki, onlardan cavab gözləyirsiniz?

 - Əsas 2 namizədimiz qalıb. Danışıqlarımız davam edir. Razılıq versələr, günü sabah baş məşqçi vəzifəsinə təsdiq olunar.

 - Onlar deyəsən, ölkələrində tanınmış məşqçilərdir...

 - Bəli.

 - Yaxınlarda Türkiyəyə niyə getmişdiniz?

 - Türkiyəyə bununla bağlı getməmişdim. Sadəcə olaraq futbolçuların viza məsələlərində problemləri olmaması üçün ora getmişdim.

 - Yeni gələcək məşqçi Yuri Syomindən daha adlı-sanlı məşqçidir?

 - Yox, belə demək olmaz. Syomin yaşı və təcrübəsi kifayət qədərdir. Onlar Syomindən daha gəncdirlər. Bu haqda çox danışmaq istəmirəm. Çünki ola bilər ki, bu məsələ heç alınmasın. Yəqin ki yaxın günlərdə bu məsələyə aydınlıq gələcək.

 - Syomin dincəlmək bəhanəsi ilə “Qəbələ”dən getsə də, artıq “Mordoviya” ilə anlaşıb...

- Syominin kiminlə anlaşmasının artıq bizim üçün fərqi yoxdur. O peşəkar insandır. İnanmıram ki, Syomin bəhanə etsin. Çünki bizə təkliflərinin olduğunu bildirmişdi. Ancaq bu təkliflər real deyildi. Biz isə ondan burda qalıb-qalmayacağı ilə bağlı dərhal qərar qəbul etməyini istəyirdik. O isə deyirdi ki, tez qərar verə bilmərəm, həm dincəlmək istəyirəm, həm də başqa təkliflərim var. Peşəkar müqaviləsi bizimlə bitmiş bütün insanların qərarlarına hörmətlə yanaşırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail