"Neftçi" Mahir Şükürovdan niyə imtina edib?

04.06.2014 | 6997 dəfə oxunub

Mahir Şükürov “Neftçi”dən getdi. Daha doğrusu,  müqaviləsi başa çatan oyunçuya yeni sözləşmə təklif olunmadı. Sözün hər mənasında gözlənilməz addım idi, klub tərəfindən. Çünki Nazim Süleymanov “Neftçi”də baş məşqçi olanda məhz Mahir Şükürovun, Rəşad Sadiqovun komandadan getməsini tələb etmişdi. Klub isə baş məşqçini futbolçulara fəda etmişdi. Cəmi bir neçə aya nə dəyişdi ki? Kim yıxıldı, kim öldü? “Neftçi”ni inadından nə döndərdi?

Klubdan verilən bəzi açıqlamalarda bildirilib ki, Mahir daxili nizam-intizam qaydalarını pozduğu üçün ona qapı göstərilib. Ağıllı olan hər adam başa düşür ki, bu açıqlama uşaq başı aldatmaqdan başqa bir şey deyil. Mahirin “torbası tikilib”, vəssalam.  “Neftçi”dən kimlə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı. Hörmətli Tahir müəllim yenə öz ampulasında idi. Dəfələrlə ona teleon açsaq da, bütün cəhdlərimiz səmərəsiz qaldı. Sonda mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəylə əlaqə saxladıq. Gündüz bəy Stadium.az saytına açıqlamasında Mahirin gedişylə bağlı bunları söylədi: “Mahir Şükürovun “Neftçi” klubuyla müqaviləsi başa çatıb və ona yeni sözləşmə təklif olunmayıb. Bu da mənə aid olmayan məsələ olduğu üçün, niyəsinə konkret cavab verə bilmərəm. Mahir Şükürovun “Neftçi” klubundakı xidmətləri danılmazdır. Bu komanda Avropa Liqasında qrup mərhələsinə yüksələndə də, ölkə çempionu olanda da, Azərbaycan kubokun qazananda da Mahirin əməyi olub. Ona gələcək karyerasında uğurlar arzulayırıq”.

Gördüyünüz kimi, Gündüz bəy də məsələnin nədən ibarət olduğu açıqlamadı. Daha doğrusu açıqlamaq istəmədi.

Aldığımız məlumta görə isə klub prezidenti Sadıq Sadıqova Mahirlə bağlı xoşagəlməz məlumatlar çatdırılıb və bu yolla müdafiəçinin “qələmi qırılıb”.

“Neftçi”nin onu istəməməsini eşidən Mahir isə şoka düşüb. Şükürovun dostlarından aldığımız məlumata görə, Mahir sözün hər mənasında hazırda “depresyondadı”. Hətta “Neftçi”nin bu addımından sonra Şükürov klub rəhbərliyinə müraciət edərək istədikləri məbləğə komandada oynamağa razı olduğun dildirib. İş o həddə ciddi olub ki, klub onun bu təklifini də qəbul etməyib.

Göründüyü kimi, Mahir Şükürovun “Neftçi”də qalmamasının əsas səbəbi nə nizam-intizamla, nə gəncləşdirmə siyasətiylə, nə də maddi məsələylə bağlıdır.

Stadium.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail