"Xəzər Lənkəran"ın "adamı" Səudiyyə Ərəbistanın ayağa qaldırdı

06.06.2014 | 6072 dəfə oxunub

Mirça Redniki, Katalin Domanı, Uinston Parksı "Xəzər Lənkəran"a gətirən Ana Maria Prodan Səudiyyə Ərəbistanında gündəmə gəlib. Stadium.az xəbər verir ki, buna səbəb onun həyat yoldaşı, rumın məşqçi Laurentu Reqekampfın "Əl Hilal"ın baş məşqçisi təyin olunmasıdı. 38 yaşlı mütəxəssis son iki ildə "Styaua"nı çalışdırıb. Başa çatan mövsümdə Buxarest klubunu çempion edən Reqekampf istefa verib. Bundan sonra isə "Əl Hilal"la müqavilə bağlayıb.

Ərərb fanatlar yeni baş məşqçini coşqu ilə qarşılayıb. Lakin onun həyat yoldaşı ilə bağlı gerçəkləri öyrəndikdən sonra narahat olmağa başlayıblar. Eyni zamanda menecer olan Ana Maria Prodanın Səudiyyə Ərəbistanına gəlmə ehtimalı azarkeşləri qıcıqlandırıb. Bunun səbəbi isə onun çılpaq fotoları və qumara olan alışqanlığıdı. "Alarabiya"nın xəbərinə görə, artıq əxlaq polisi hərəkətə keçib. Çünki qadınların çadrada gəzdiyi ölkədə Prodanın da eyni formada geyinməsi vacibdi.

 Polis artıq bu barədə xəbərdarlıq edib. Əks halda onu gözləyən cəzalar da açıqlanıb. "Əl Hilal" azarkeşlərindən biri isə Ana Maria Prodan haqqında "facebook" səhifəsində bunları yazıb: "Sən pornoqrafik bir modelsən. Gecə klublarında çalışırsan. Avropada qal və gecə klublarına get. Burda sənə yer yoxdu" (publika.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail