"Neftçi"nin braziliyalı futbolçusu danışdı

08.06.2014 | 6435 dəfə oxunub

“Neftçi” məni hələ iki il əvvəl, Portuqaliya çempionatında çıxış edərkən transfer etmək istəyirdi. Özüm də “Neftçi”yə gəlmək fikrində idim. Lakin o zaman “Vaslui” klubu, məxsus olduğum komandaya böyük məbləğ təklif etdiyi üçün, Rumıniyaya yollanmağa məcbur oldum. Amma görünür “Neftçi” mənimlə “Vaslui”də oynayarkən də maraqlanıb və iki il sonra olsa da, mən artıq burdayam. Tibbi baxışdan keçdikdən sonra “Neftçi” ilə 2 illik müqavilə imzaladım". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi  Kaue Sesilyo da Silva klubun rəsmi saytına açıqlamasına deyib. 25 yaşlı futbolçu bildirib ki, bura gəlməmişdən öncə “Neftçi”də oynayan braziliyalı həmvətənləri Karlos Kardoso və Bruno Bertuççi ilə sıx münasibəti var idi:

"Bu baxımdan komandaya qısa müddətdə uyğunlaşacağıma əminəm".

Da Silva komanda rəhbərliyi və azarkeşlərə yeni mövsüm uğurlu çıxış edəcəyi ilə bağlı söz də verib: "Qarşıda bizi çətin mövsüm gözləyir. Komanda rəhbərliyi və məşqçilər heyəti ilə yanaşı, azarkeşlərimizə də söz verirəm ki, Avropa Liqası oyunlarında və Azərbaycan çempionatında uğurla çıxış etmək üçün əlimdən gələni edəcəyəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail