"Qəbələ" Avroliqa oyunlarını Qəbələdə keçirəcək

17.06.2014 | 4542 dəfə oxunub

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ" ev oyunlarını doğma azarkeşləri önündə keçirəcəyi ilə bağlı sizə öncədən də xəbər vermişdik. Stadium.az  xəbər verir ki, UEFA "Qəbələ" klubunun Avropa Liqasında ilk 2 təsnifat mərhələsindəki ev oyunlarını öz meydanında keçirməsinə icazə verib. Sportnet.az-ın AFFA-ya yaxın mənbələrdən əldə etdiyi məlumata görə, Avropa futbol qurumunun ekspertləri Qəbələ şəhər stadionunda beynəlxalq oyunlar keçirməyin mümkünlüyünə dair rəy veriblər.

Bununla yanaşı, gələn ay keçiriləcək oyunlaradək stadiondakı bəzi çatışmazlıqların, xüsusən, işıqlandırma sistemi ilə bağlı problemin aradan qaldırılması da tövsiyə olunub. "Qəbələ" ilk 2 mərhələni keçəcəyi halda, növbəti rəqibini və ya rəqiblərini ehtiyat arena kimi göstərdiyi Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etməlidir. Çünki UEFA Qəbələ şəhər stadionunun yalnız ilk 2 mərhələdəki oyunları keçirməyə əlverişli olduğu qənaətinə gəlib.

Avropa Liqasının ilk 2 mərhələsinin püşkü iyunun 23-də atılacaq. I təsnifat mərhələsinin oyunları iyulun 3-də və 10-da, II təsnifat mərhələsindəki qarşılaşmalar isə iyulun 17-də və 24-də olacaq.

İdmanxeber.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail