Tahir Süleymanov Türkiyə mətbuatına danışdı - MÜSAHİBƏ

28.06.2014 | 4844 dəfə oxunub

"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Türkiyənin ajansspor.com saytına müsahibə verib. Stadium.az xəbər verir ki, klub rəsmisi Hakan Coşkunun suallarını cavablandırıb.

- Öncəliklə təlim-məşq toplanışı üçün Türkiyəni seçməyinizin səbəbini bilmək istəyirik.
- Öncə bütün Azərbaycan adından Türkiyəni salamlayıam. "Neftçi" klubu adından da Türkiyə futbolsevərlərinə salamlarımı çatdırıram. Biz eyni millətik, sadəcə iki dövlətimiz var. Biri Türkiyə, biri Azərbaycan. Həmçinin digər türk dövlətləri var. Fikrimcə, Türkiyə ilə Azərbaycan çox yaxındı və biz Türkiyəni, türk millətini çox sevirik. 

Hər il Türkiyəyə təlim-məşq toplanışına gəlirik. Çünki burda çox göxəl yerlər inşaa olunub. Böyük komandalar hazırlıq keçməyə bura gəlirlər. Bunun da hər zaman faydasını görürük. 5 ildi "Neftçi"yə rəhbərlik edirik. "Neftçi" Azərbaycanın ən köklü komandasıdı. SSRİ dövründə hər zaman güclülər dəstəsində çıxış edib, Kiyev "Dinamo"su, Moskva "Spartak"ı, "Zenit" kimi komandalar rəqibi olub. Son 4 ildə 3 dəfə çempion olmuşuq, 2 dəfə ölkə kubokunu qazanmışıq, Avropa Liqasının qrup mərhələsinə çıxmışıq. Bu illər ərzində Türkiyə klubları ilə yoxlama oyunları keçirmişik. "Beşiktaş", "Fənərbaxça", "Orduspor", "Karabükspor" və digər komandalarla qarşılaşmışıq. 

Burda heç bir problemlə qarşılaşmırıq. Heyətimizdə Super Liqada rahat şəkildə oynaya biləcək futbolçular var. Dil problemi yox, din problemi yox... Azərbaycanlı futbolçuların Avropaya çıxmasını istəyirik. Türk futbolsevərlər Azərbaycan futbolunu da izləməlidi. Bizdə türk mütəxəssislər çalışıb. Mustafa Dənizli, Bülent Korkmaz və digərləri Azərbaycanda çalışıb. Onlar da yaxşı bilirlər ki, Azərbaycan çempionatı çox çətin birincilikdi, səviyyəli futbolçular var. Çox istəyirəm ki, qısa müddətdə Türkiyə Super Liqasında azərbaycanlı futbolçular çıxış etsin.

- Türkiyə çempirnatını yaxından izləyirsiniz?
- Təbii ki, hər zaman izləyirik. Təəssüf ki, hazırda Türkiyə futbolçu istədiyimiz, gözlədiyimiz səviyyədə deyil. Xərclənən pullar qarşılığında öncə milli komandanın daha yaxşı nəticələr qazanmasını istəyirik. Həmçinin "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" kimi komandaların Avropada çöz sahibi olmasını arzulayırıq. "Qalatasaray" Fatih Terimin dövründə bunu bacardı, "Fənərbaxça" Zikonun vaxtında uğura imza atdı. Bu uğurların davamı gəlməlidi. Arzu edirik ki, daha yaxşı yerlərə yüksəlsinlər.

- 5 ildə klub rəhbərliyində təmsil olunursunuz. Gəldiyiniz vaxtla indiki vaxi arasında dağlar qədər fərq var. Bunu nəyə borclusunuz?
- Prezidentimizlə birlikdə yeni idarəetmə sistemi quruldu və hər şeyə sıfırdan başladıq. Çünki "Neftçi"nin tarixi kökləri, ənənələri var. Çox sağlam addımlar ataraq işləp gördük. Komandamızlda oynayan futbolçular həmişə bizim öz yetirmələrimiz olur və 18-24 yaşları arasıqda olan futbolçulardı. İstedadlı, amma oyun təcrübəsi olmayan 17, 18, 19 yaşlı oyunçuları çəkinmədən start heyətində oynatdıq. Bununla bağlı heç bir sıxıntı yaşamadıq. Səviyyəli futbolçularımız var. Türkiyə Super Liqasında oynaya biləcək səviyyəyə malik oyunçulardı. İstəyirəm ki, türk futbolunun idarəçiləri bir az da Azərbaycanda oynayan futbolçulara baxsınlar. Çünki 3 böyüklərdə oynaya biləcək futbolçularımız var. Onları Super Liqada görmək istəyirəm.

- Bəs Azərbaycan və Türkiyə arasındakı futbol mədəniyyətinin birləşməsi üçün nə etmək lazımdı?
- Türkiyədən gələn məşqçilər və futbolçular Azərbaycan çempionatına yuxarıdan-aşağı baxırlar. Amma 20-30 il əvvələ baxsaq, "Neftçi" SSRİ dönəmində güclülər dəstəsində oynayandı, Türkiyə futbolu aşağı səviyyədə idi. Ən ciddi problemlər Türkiyədən gələn məşqçi və futbolçuların bizim futbola yuxarıdan-aşağı baxmasıdı. Çempionatımızı ciddiyə almadıqları üçün uğursuz oldular. Son olaraq Mustafa Dənizli ölkəmizə gəldi. Çox az müddətdə işlədi, yaxşı işlər görməyə çalışdı, amma başarmadı. Amma Mustafa Dənizli kimi bir mütəxəssis Azərbaycana gəlirsə, uğur qazanmaq məcburiyyətindədi. Bunun əsas səbəbi çempionatımıza yuxarıdan-aşağı baxmaqdı. Ümid edirəm ki, qarşıdakı illərdə bu tip problemlər aradan qalxacaq. İşnallah Azərbaycan və Türkiyə futbolu əl-ələ verərək, daha yaxşı yerlərə yüksələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail