Azərbaycanlı millət vəkili Foqtsu tənqid etdi

07.07.2014 | 4101 dəfə oxunub

Braziliyada keçirilən dünya çempionatı hər kəsin maraq dairəsindədi. O cümlədən siyasətçilərin də. Stadium.az xəbər verir ki, millət vəkili Siyavuş Novruzov mundialla bağlı fikirlərini bölüşüb. 

Novruzov Braziliya azarkeşi olduğunu deyib. O, komandasının yarımfinala adlamasından məmnun qaldığını bildirib: “Lap əvvəldən demişdim ki, Brazilya azarkeşiyəm. Fikrimin üzərində də dayanıram. Qarşıda Brazilyanın Almaniya ilə görüşü var. Hesab edirəm ki, Brazilya qalib gələcək. Fikrimcə, finalda azarkeşlik etdiyim komanda Argentina ilə üz-üzə gələcək. Amma  Argentina da güclü komandadı. Çempionatda Əlcəzair də yaxşı oyun göstərdi. Kosta Rika görünməmiş bir uğura imza atdı. Çox gözəl oyun sərgilədi, 1/4 finala qədər gəldi”.
 
Millət vəkili nə vaxtsa Azərbaycanın da belə uğura imza tacağına inandığını bildirib. Ancaq Siyavuş müəllim Berti Foqtsla bunun mümükün olmayacağına da eyham vurub: “İnşallah gün o gün olar bizim komandamız da Kosta Rika səviyyəsinə gəlib çatar. Ümid edirəm ki bizim milli komanda da dünya çempionatında iştirak edəcək. Bu idmandı, dövlətin kiçikliyindən, böyüklüyündən asılı deyil. Heç maddi baxımla da bağlı deyil. Ölkənin varlılı-kasıb olmasının heç bir əhəmiyyəti yoxdu. Ənənədən aslıdı. Onlarda ənənəvi şəkildə futbol inkişaf edib. Bizdə də digər idman növləri inkişaf edib. Futbol meyvə kimidi. Gərək ağacını əkəsən ki, barını görəsən. Amma etiraf edək ki, bu heyətlə, bu komanda, bu məşqçi ilə dünya çempionatında iştirak etməyimiz mümkün deyil. Qrup mərhələsində ən az xal toplayan komandalardan olduq. Taktikanı da dəyişməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail