Dorinel Muntyanu: "Yeni futbolçu və ya futbolçuların da yaxın zamanda komandaya qoşulması gözlənilir"

19.07.2014 | 3376 dəfə oxunub

"Hazırlıqlar plana uyğun olaraq davam edir. Komanda səylə, əzmlə çalışır. Futbolçuların çalışqanlığından razıyam. Bu gün futbolçular laktat testdən keçirildi. İki gün ərzində bu testin cavablarını alacağıq. Bundan sonra komandanın fiziki durumunun hansı səviyyədə olduğu tam aydın olacaq. Hazırda komandanın komplektləşməsi üzərində çalışırıq. Heyətdə yeni oyunçular var. Başqa yeni futbolçu və ya futbolçuların da yaxın zamanda komandaya qoşulması gözlənilir. Məqsədim komandanı çempionat başlayanadək maksimum yaxşı duruma gətirməkdir". Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Hollandiyadakı təlim-məşq toplanışı haqda klubun rəsmi saytına deyib.

Rumıniyalı mütəxəssis Azərbaycan Premyer Liqasının ilk turunda qarşılaşacağı "İnter" barədə fikirlərini də bildirib: "Rəqibimiz qısa müddətdir ki, müəyyənləşib. Yəni püşkatmanın üzərindən bir gün keçib. "İnter" güclü komandadır.  Məşqçi heyəti ilə "İnter"i ətraflı şəkildə analiz edəcəyik. Onların güclü və zəif tərəflərini araşdıracağıq. Çempionata yaxşı, uğurlu nəticə ilə başlamaq istəyirik. İşlərimizi də bu istiqamətdə qururuq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail