Kaxaber Sxadadze: "Növbəti mərhələyə vəsiqə qazanacağımıza inanıram"

24.07.2014 | 3674 dəfə oxunub

"Səfərdə yaxşı oyun göstərdik və layiqli qələbə qazandıq. İlk dəfə ikinci təsnifat mərhələsini keçmək üçün yaxşı şanesımız var. Sabah səfərdə oynadığımız kimi oyun göstərsək, növbəti mərhələyə vəsiqə qazanacağımıza inanıram". Stadium.az xəbər verir ki, bu sözləri sabah "Elfsborq"la qarşılaşacaq "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

"İnter" sabah Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində İsveç klubunu qəbul edəcək. Səfərdə 1:0 hesablı qələbə qazanan bank klubunun baş məşqçisi bu gün mətbuat konfransı keçirib: "Evdə oynayacağımızdan qələbə qazanmağa çalışacağıq. Aqressiv futbol göstərməliyik. Rəqib hücuma 6-7 futbolçu ilə keçir. Bu səbəbdən də bacardığımız qədər qapımızdan uzaqda oynamalıyıq, onlara hücum qurmağa imkan verməməliyik".

Tsxadadze heyətdə ciddi dəyişikliklərin olmayacağını bildirib: "Sabah heyətdə böyük dəyişikliklər olmayacaq. Amma indidən konkret cavab verməyə tərəddüd edirəm”.

Gürcü mütəxəssis yeni transferlərə ehtiyacının olduğunu bildirib: "Heyətdə futbolçu azdı, güclənməyə ehtiyacımız var. Güclənə bilməməyimizin səbəbini sizə izah etmək istəmirəm. Sabahkı oyun üçün məcburiyyətdən komandaya əvəzedici heyətdən 2 futbolçunu məşqlərimizə dəvət etmişik. Elvin Məmmədov yenə oynaya bilməyəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail