Avstriya mətbuatı "Qarabağ"dan və Ağdamdan yazdı

28.07.2014 | 4447 dəfə oxunub

Avstriya mətbuatında Çempionlar Liqasında “Zalsburq”un rəqibi olan “Qarabağ” haqda geniş yazı dərc edilib.

Stadium.az xəbər verir ki, “Weltfussball” nəşrindəki yazıda əvvəlcə “Qarabağ” – “Zalsburq” matçının keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionundan bəhs edilib, məşhur azərbaycanlı referi haqda məlumat verilib.

Daha sonra “Qarabağ”ın təmsilçisi olduğu Ağdam rayonunun Ermənistan tərəfindən işğal edildiyinə diqqət çəkilib. Bu işğal nəticəsində Ağdamın darmadağın edildiyi bildirilib. 1993-cü ilin iyulun 23-də Ağdamın işğalından sonra “Qarabağ”ın ev oyunlarını başqa şəhərlərdə keçirmək məcburiyyətində qaldığı qeyd olunub.

Yazıda bildirilib ki, beynəlxalq təşkilatlar  da Ağdamın Azərbaycanın ərazisi olduğunu təsdiqləyib: “Hazırda Ağdam da daxil olmaqla Qarabağın işğalı davam edir. Orada Ermənistanın dəstəyi ilə hakimiyyət (Dağlıq Qarabağın separatçı rejimi nəzərdə tutulur – red.) formalaşdırılıb”.

Yazıda “Qarabağ”ın futbolçularının Azərbaycanın ərazi butövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi bildirilib. Bu zaman uzun illər Ağdam klubunun kapitanı olan, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun Qarabağ döyüşlərində şəhid olmasına diqqət çəkilib.

Yazıda həmçinin qeyd edilib ki, 1998-2001-ci illərdə “Qarabağ” klubu ciddi maliyyə problem ilə üzləşib. Amma həmin vaxt “Azərsun Holdinq” komandanı himayəsinə götürüb, o vaxtdan çətinliklər də həll edilib. “Qarabağ”ın 21 fasilədən sonra 2014-cü ildə Azərbaycan çempionu olduğu da vurğulanıb. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail