Cavid İmamverdiyev: "Çalışacağıq ki, cütün taleyini Bakıdakı oyunda həll edək" - AÇIQLAMA

28.07.2014 | 4720 dəfə oxunub

"Neftçi" Avroliqanın III təsnifat mərhələsində Gürcüstanın "Çixura" klubuyla oynayacaq. Stadium.az xəbər verir ki, komandanın gənc oyunçusu Cavid İmamverdiyev rəqib və qarşıdakı oyun barədə danışıb: "Koper"lə "Çixura" fərqli taktikayla oynayırlar. Sloveniya təmsilçisinin heyətində lider futbolçular yoxdu. Onlar kollektiv oyuna üstünlük verirlər. Kompakt şəkildə müdafiə olunurlar, öz şanslarını gözləyirlər. "Çixura" isə daha yaradıcı futbola üstünlük verir. Hər halda "Bursaspor" kimi komandanı keçən klub zəif ola bilməz və onları ciddiyə alırıq. Bir müddət əvvəl "Çixura"ylaiki dəfə yoxlama oyunu keçirdik. İlk oyunda 2:3 hesabı ilə uduzduq. İkinci görüşümüz 1:1 başa çatdı. Avroliqada bunun əvəzini çıxacağıq. Bu sözlərimlə "Çixura"nı kiçiltmək niyyətim yoxdu. Əksinə, onları ciddiyə almasaq bunun acısını çəkə bilərik. Sadəcə, öz komandamıza güvənirəm və "play-off"a yüksələcəyimizə əminəm. Çalışacağıq ki, cütün taleyini Bakıdakı oyunda həll edək və Gürcüstana rahat yollanaq. Zənnimcə, daha əvvəl oynadığımız və qalib gəldiyimiz "Zestafoni" daha güclü idi. Baxmayaraq ki, "Çixura" ilə yoxlama görüşlərində qələbə qazana bilməmişik, bunu rəsmi görüşdə edəcəyimizə inanıram. Hər halda yoxlama oyunu ilə rəsmi matç arasında böyük fərq var".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail