Hafiz Məmmədovun komandası rəsmən Fransa yüksək liqasında

29.07.2014 | 4408 dəfə oxunub

Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubunun yeni mövsümdən Fransa yüksək liqasında iştirakı rəsmiləşib. Stadium.az xəbər verir ki, bu barədə qərarı Fransa Futbol Federasiyasının (FFF) İcraiyyə Komitəsi qəbul edib.

FFF Fransa Milli Olimpiya və İdman Komitəsinin (CNOSF) iyulun 25-də "sarı-qırmızılar"ın Fransa yüksək liqasına buraxılması ilə bağlı qərarını təsdiqləyib.  "Lans" rəhbərliyi də qərarın uzun və çətin intizardan sonra qəbul olunduğunu vurğulayaraq, komandaya dəstək olan hər kəsə minnətdarlığını bildirib.

"Lans" ötən mövsümü üçüncü pillədə başa vurmaqla Fransanın yüksək liqasına vəsiqə qazansa da, İdarəetməyə Nəzarət üzrə Milli Direktorat (DNCG) klubun növbəti mövsümdən yüksək liqada iştirak üçün lazımi bank təminatının verilmədiyini əsas gətirərək, komandanı "Liqa 1"ə buraxmayıb. Hafiz Məmmədovun komandasının apellyasiya şikayətləri də nəticəsiz qalmışdı. Daha sonra "Lans" daha yuxarı instansiya sayılan CNOSF-a müraciət edərək oradan müsbət cavab almışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail