“Yeni futbolçu, gənc futbolçu anlayışını ortadan qaldırıb güclü “Qəbələ” formalaşdırmaq istiqamətində işləyirik"

31.07.2014 | 4172 dəfə oxunub

Ümümi olaraq dəyərləndirsək, hazırlıq prosesinin gedişindən razı qaldım. Çempionata start verəcəyimiz heyəti formalaşdırmağı bacardıq. Yaxşı oyunlar keçirdik. Yoxlama matçlarında komandanın problemlərini, çatışmayan tərəflərini gördük. Hazırda o problemlərin həlli üzərində çalışırıq”.

Stadium.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu komandasının Hollandiyada başa çatan hazırlıq prosesini klubun saytına şərh edərkən bildirib.  Rumıniyalı mütəxəssis komandanın hazırlığından razı qaldığını deyib

Əlavə edib ki, çempionatın başlamasına az vaxt qalmasına baxmayaraq, səhvləri üzərində işləməyəcəklər: “Bu vaxt kəsiyindən maksimum yararlanacağıq. Komanda yeni formalaşıb, heyətdə yeni futbolçular var. Bu baxımdan komplektləşmək, bütöv komanda kimi formalaşmaq müəyyən vaxt tələb edir.  Fikrimizi çempionatın ilk matçına yönəltmişik. Premyer Liqaya uğurlu start vermək istəyirik”.
 
Çempionatın ilk turunda “Qəbələ”nin qarşılaşacağı rəqibdən – “İnter”dən danışan Muntyanu uğura aparan vacib məqamlardan da bəhs edib:

“Yeni futbolçu, gənc futbolçu anlayışını ortadan qaldırıb güclü “Qəbələ” formalaşdırmaq istiqamətində işləyirik. Heyətdəki bütün futbolçular bizə lazımdır və onların xidmətindən maksimum yararlanacağıq. Məqsədimiz komandamızın imicini yüksəltmək, onu hədəflərinə çatdırmaqdır. Bunun üçün meydançaya çıxan hər bir futbolçu məsulliyətini yaxşı anlamalı, əzmkar olmalı, gücünü sonadək qoymalıdır. Qarşıda bizi “İnter”lə çətin oyun gözləyir. Rəqib haqda lazımi məlumatlara malikik. Vacib məqam futbolçuların ilk oyuna münasibəti, onların gücünü və bacarığını necə nümayiş etdirməsi ilə bağlıdır. Umumiyyətlə, bu məqam bütün oyunlar üçün həlledicidir. Bu faktorlar bizə istədiyimiz hədəflərə çatmağa imkan yaradacaq”.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail