Azərbaycanın ən məşhur futbolçusunun meyiti evində 3 gündən sonra tapılıb

01.08.2014 | 5892 dəfə oxunub

Azərbaycanın məşhur futbolçusunun meyiti yaşadığı evdə tapılıb. Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumatına görə, 39-cu Polis Bölməsinin yerləşdiyi binadakı mənzillərdən birində bir neçə gün əvvəl dünyasını dəyişmiş kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə çıxıblar.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin 84 yaşlı Ələkbər Məmmədov olması müəyyən edilib. İlkin ehtimala görə, mərhum üç gün əvvəl dünyasını dəyişib. Evdə heç kim olmadığından bu barədə xəbər tutan olmayıb.

Məmmədov Azərbaycanın məşhur futbolçularından olub. O, Bakının "Neftyanik", Moskvanın "Dinamo" komandalarında oynayıb. SSRİ-nin yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. SSRİ yığma komandasının tərkibində 1958—1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır.

Məmmədov həmçinin Bakının “Neftyanik”, Azərbaycanın yığma komandasının məşqçisi olub.

1960-cı ildə “SSRİ-nin əməkdar idman ustası”, 1990-cı ildə isə “SSRİ-nin əməkdar məşqiçisi” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail