Tahir Süleymanov kimləri sərt tənqid etdi?

04.08.2014 | 4146 dəfə oxunub

Son günlər ən çox gündəm olan məsələlərdən biri də Tahir Süleymanovun “Neftçi”də qalıb qalmayacağıyla bağlı oldu. Vitse-prezident istefa verdi və klub preizdenti bunu qəbul etdi. Daha sonra isə Sadıq müəllim açıqlamasında bildirdi ki, Süleymanov heç yerə getməyib və “Neftçi”də qalır. Birisügün “Çixura”yla cavab oyunu üçün “Neftçi”ylə Tiflisə yola düşəcək Tahir Süleymanov bunlarla bağlı Stadium.az saytına önəmli açıqlamalar verdi: “Neftçi” Bakıda “Çixura”nı uda bilməsədə də, facizəvi bir şey baş vermədi. Biz inanırıq ki, “Neftçi” cavab oyununda səfərdə qələbə qazanacaq və ən pis halda sərfəli nəticəylə turu keçən tərəf olacaq. Tahir Süleymanov “Neftçi”dədir, ya deyil? Bunu niyə bu qədər qabardırlar axı? Klub prezidenti Sadıq Sadıqov da açıqlamasına bildirib ki, mən burdayam və komandaya kömək edirəm. Mən Sadıq müəlimlə yaxın dostam, qardaşam, belə məqamda onu tək qoymaq olmaz. Biz “Neftçi”yə kömək etməklə Azərbaycan futboluna kömək etmiş oluruq. “Neftçi” turu keçsə bundan ən çox Azərbaycan futbolu qazanacaq, buradakı fərdlər deyil.

İlk oyunda Bakıda baş verənləri hər kəs gördü. Mətbuatın da böyük dəstəyiylə bu məsələni ictimailəşdirdik. Gürcüstan Respublikası prezident, baş nazir, xarici işlər naziri, idman naziri səviyyəsində bu insidentə münasibət bildirmək məcburiyyətində qaldı. Hamısı bildirdi ki, bu məsələ gürcülərin yox, ortaya təxribat salmaq istəyən qüvvələrin addımı idi.

Bu, oyundan kənarda bizim qələbəmiz idi. İndi son işdə komanda üzərinə düşəni etməlidir və turu keçməklə bizləri sevindirməlidir. Sadıq müəllimin yanındayam və təşkilati işlərdə “Neftçi”yə kömək edirəm. İndi əsas məsələ Azərbaycan futbolunun uğuru, “Neftçi”nin turu keçməsi, ölkəmiz adına separatçı hərəkətlərə yol verməməkdir, yoxsa burada kim işləyir, yoxsa işləmir...

70 milyonluq Türkiyə klubu Tiflisə gələndə onlara hər cür hörmətsizlik edildi. Azarkeşləri, jurnalistləri döyüldü, təhqir olundu. Türkiyənin UEFA-da olan lobbinisinin yanında biz heç UEFA-nı tanımırıq belə. Bütün bunların qarşısında “Bursaspor”un başına hər oyun gətirildi Tiflisdə. Ancaq indi Bütün Gürcüstan güc strukturları ayağa qalxıb, hamısı deyir ki, burada azərbaycanlılara və “Neftçi”yə qarşı artıq bir hərəkət də ola bilməz. Bundan danışmaq lazımdı”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail