Kliçko restoranda əlbəyaxa davaya çıxdı - FOTO + VİDEO

05.08.2014 | 3337 dəfə oxunub

Ağır çəkidə boks üzrə üç versiyada dünya çempionu kəmərinin sahibi olan Vladimir Kliçko amerikalı Şennon Briqqsin başına su töküb. Stadium.az xəbər verir ki, hadisə restoranda baş verib. Briqqs Kliçkonun nahar etdiyi Hollivuddakı restorana daxil olub və növbəti dəfə ukraynalı boksçunu provokasiyaya çəkməyə cəhd edib. O, masa arxasına oturaraq Kliçkonun naharını yeməyə başlayıb. Ukraynalı isə sakit tərzdə stəkandakı suyu Briqqsin başına töküb. Bundan sonra boksçuları bir-birindən aralayıblar.

Briqqs insidentdən sonra ayağını stəkanın qırıqları ilə bir neçə yerdən kəsib və ona xəstəxanada tikiş qoyublar. Kliçonun da əlindən yüngül yaralandığı bildirilir. Amerikalı artıq bir neçə aydır Kliçkoya qarşı provokasiyalarla məşğuldur. O, mart ayında məşq zalına daxil olaraq, Kliçkoya krossovka atıb. Mart ayında mətbuat konfransı zamanı əynindəki maykanı çıxararaq ukraynalı boksçuya atıb. Bir neçə gün öncə isə məşq zalında Kliçko ilə dava salmağa cəhd edib.

Briqqs Kliçkodan onunla rinqdə görüşməsini tələb edir və hər dəfə ukraynalını zəif rəqiblər seçməkdə günahlandırır. Qeyd edək ki, Kliçko sentyabrın 6-da Hamburqda Kubrat Pulevlə görüşməlidir. Ukraynalı boksçu Beynəlxalq Boks Federasiyası (IBF), Ümumdünya Boks Təşkilatı (WBO) və Ümumdünya Boks Assosiasiyasının (WBA) versiyaları üzrə dünya çempionudur. Pulev İBF titulu uğrunda çempionluğa mütləq namizəddir.

42 yaşlı Briqqs isə 2006-2007-ci illərdə WBO versiyası üzrə dünya çempionu olub. O, çempion titulunu rusiyalı Sergey Lyaxoviçə qalib gələrək əldə edib və növbəti görüşdə daha bir rusiyalı Sultan İbrahimova uduzaraq, kəməri itirib. Briqqs 2010-cu il oktyabrın 16-da WBC versiyası üzrə çempion kəməri uğrunda döyüşdə Vladimirin qardaşı Vitali Kliçkoya uduzub. Bu onun sonuncu döyüşü olsa da, amerikalı yenidən rinqə qayıtmaq istəyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail