Qurban Qurbanov: " Düzdür, “Qarabağ”da psixoloji gərginlik var"

06.08.2014 | 3602 dəfə oxunub

“Qarabağ” bu gün tarixi sınaq qarşısındadır. Stadium.az xəbər verir ki, Ağdam klubu bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda səfərdə “Zalsburq”la qarşılaşacaq. Oyunan əvvəl təşkil edilən mətbuat konfransında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov qarşılaşma barədə belə danışıb: “Qarşılaşma barədə geniş danışmaq istəmirəm. Rəqib çox yaxşı, güclü komandadır. Biz sabah çox yaxşı bir komandaya qarşı oynayacağıq. 
Cəbhədəki hadisələr bizə çox ağır təsir edir. Ancaq həmin hadisənin təəssüratında matça çıxsaq, bu, futbolçuların oyununa təsir göstərə bilər.

Rəşad haqda qərar vermək oyun saatına kimi vaxtımız var. Vüqar Nadirovun isə oynamaq şansı var. Heyətdə hansısa dəyişiklik etsək, ola bilər ki, futbolçular bunu yerinə yetirə bilməsin. Reynaldo və Telinin yoxluğu bizə problem yarada bilər.  Hər şey sabah meydanda bilinəcək. Sosial şəbəkələrdə gedən yazılara gəlincə, bu haqda düşünsək, futbolçuların konsentrasiyasına təsir edə bilər. Əsas odur ki, fikrimiz oyunda və rəqibdə olsun. Futbolçularımızın qol vuranda hansısa jest etməyinə gəlincə, yaxşı nəticə qazanmaq daha vacibir.

Rəqib məşqçi də deyir ki, azarkeş amilindən yararlanmalıyıq.  Yerli azarkeşlərin çox olması bizə mane ola bilər. Amma bizim məqsədimiz yaxşı nəticə qazanıb, mərhələ adlamaqdır. Çalışmalıyıq ki, komandamız sabah ən yaxşı oyunlarından birini oynasın. Düzdür, “Qarabağ”da psixoloji gərginlik var, lakin qarşılaşmaya qədər bunu üzərimizdən atmağa çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail