Qurban Qurbanov: "Bu qərar həm də “Neftçi”nin xeyrindədir"

13.08.2014 | 4231 dəfə oxunub

Azərbaycan Super Kuboku uğrunda oyunun baş tutmayacağı barədə məlumat vermişdik. Avqustun 13-də "Qarabağ" və "Neftçi" arasında Qəbələdə keçirilməsi nəzərdə tutulan oyun klubların qarşılıqlı razılığı əsasında başqa günə keçirilib. Avropa Liqasında çıxışları ilə əlaqədar olaraq "Qarabağ” və "Neftçi" PFL-ə müraciət edərək görüşün başqa tarixə keçirilməsini istəyib.
Təxirə salınma ilə bağlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini öyrəndik, bu qərarın “Neftçi”yə də xeyri olduğunu dedi:

“Neftçi” ilə Super Kubok matçının təxirə salınması üçün PFL-ə şəxsən özüm müraciət etmişəm. Komandanın yüklənməsini nəzərə alaraq bu oyunun təxirə salınmasının yaxşı olacağını demişəm. Bu qərar həm də “Neftçi”nin xeyrindədir.  Çünki onlar da Avropa Liqasında oynamağa davam edirlər. Amma bu oyun təxirə salınmasa belə, biz meydana çıxmağa hazır idik” (publika.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail