Saşa Stamenkoviç: " "Partizan"ın futbolçuları ilə bir masa arxasında oturub çörək yemərəm"

14.08.2014 | 5394 dəfə oxunub

"Neftçi"nin "Partizan" klubuna qarşı Avropa Liqasının "play-off" mərhələsi çərçivəsində görüşü Serbiya mətbuatının da diqqət mərkəzindədi. Stadium.az xəbər verir ki, "Neftçi"nın əsas qapıçısı Saşa Stamenkoviç həmyerlilərinin 2 il öncə Avropa Liqasının qrup mərhələsində "Patizan"la Serbiyadakı oyunda yaşanan hadisələrlə bağlı suallarını cavablandırıb.

"Srvena Zvezda"nın yetirməsi olan Stamenkoviç serbiyalı həmkarlarımıza "Partizan" fanatlarına ünvanladığı nalayiq jestin təkrarlanmayacağına söz verib: "Mitrovitsa və Stoykoviçlə yaşanan problemlər 2012-nin noyabrında qalıb. Biz özümüzü rüsvay etdik. Söhbət kimin daha çox günahkar olmasından getmir. Sadəcə, xəcalət hissi keçirirdim. Bir şeyə söz verə bilərəm ki, nə azarkeşlərə, nə də rəqib futbolçulara qarşı həmin jesti etməyəcəyəm. Yaşa dolmuşam, təcrübəm də artıb".

Stamenkoviç 2 il öncə "Neftçi" rəhbərliyinin Bakıda "Partizan"a qonaqlıq verdiyini bildirməklə yanaşı, yenidən Azərbaycan Kubokunun sahibinin rəqibinə bu cür qonaqpərvərlik göstərəcəyini istisna etməyib: "Açıq deyirəm, mənə Azərbaycanda həm yaşamaq, həm də futbol oynamaq Serbiyadakından daha rahat və xoşdu. O ki qaldı qonaqlıq məsələsinə, yox, mən "Partizan"ın futbolçuları ilə bir masa arxasında oturub çörək yemərəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail