“OlimpSport” jurnalının növbəti sayı çapdan çıxıb

16.08.2014 | 5843 dəfə oxunub

 2009-cu ildən fəaliyyət göstərən idman nəşrinin bugünlərdə növbəti nömrəsi çapdan çıxıb. Nəfis tərtibata malik jurnalın bu nömrəsində oxucular ölkəmizin idman həyatında baş verən mühüm hadisələr, Bakı- 2015 Avropa Oyunları, Çinin Nankin şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunları, DÇ-2014 və s. barədə məlumatlarla tanış ola biləcəklər.

   “OlimpSport” jurnalının ilk səhifələrində yer alan “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin  gedişi ilə tanış olub” yazısında ölkəmizin dünyada idman ölkəsi kimi tanınması, bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində görülən tədbirlərdən söz açılır. Yazıda 2011 – ci ilin iyununda təməli qoyulan stadionda torpaq və dəmir-beton işlərinin ümumilikdə yerinə yetirilməsivə idman obyektinin 2015 – ci ilin fevralında istifadəyə veriləcəyi qeyd olunur.

 Jurnalda 2015 – ci ildə ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Kannda Azərbaycan mədəniyyəti çərçivəsində keçirilən yürüşdən bəhs edilir və Avropa Oyunlarının statistikası haqqında məlumat verilir.

   Milli idman oyunlarının həvəskarları “OlimpSport” jurnalının bu nömrəsində zorxananın incəlikləri haqda ətraflı məlumat ala biləcəklər.

  Jurnal öz səhifələrində Çinin Nankin şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızada yer ayırıb.

  Bu il 5 yaşını qeyd edəcək “OlimpSport” jurnalı və onun fəaliyyəti ilə bağlı ətraflı məlumatı jurnalın baş redaktoru Ramin Allahverdinin dilindən eşidəcəksiniz. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail