Bakı-2015 - Faktlar və Rəqəmlər

16.08.2014 | 3715 dəfə oxunub

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının Açılış Mərasiminə artıq 300 gün qalıb. Stadium.az-ın məlumatına görə, Oyunlara ev sahibliyi edəcək şəhərdə geri sayım əlamətdar tarixə doğru irəlilədiyindən, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunların açılış mərasiminə dair əsas faktları və rəqəmləri təqdim edir.

- Gələn il Azərbaycan paytaxtına 6 mindən çox idmançı və 3 mindən çox komanda rəsmisi gələcək. 
- 2015-ci ilin 12 iyununda keçiriləcək möhtəşəm Açılış Mərasimi bütün Avropanın qeyd edəcəyi 17 günlük idman bayramına başlanğıc verəcək. 
Açılış Mərasiminə 300 gün qalıb; 
- Oyunlara 12 000 könüllü cəlb olunub;
- 49 Milli Olimpiya Komitəsi Avropa Olimpiya Komitəsinin üzvü kimi dəvət olunub;
- 19 müxtəlif idman növü üzrə yarış keçiriləcək;
- 17 günlük yarışlar baş tutacaq;
- BEGOC-də 33 müxtəlif millətin nümayəndəsi çalışır;
- BEGOC-da ümumilikdə 670 əməkdaş var;
- Yarışlar 20  arenada keçiriləcək;
- İdmançılar 239 dəst medalla təltif olunacaq;
- Atletlər Kəndində 3755 yataq otağı var;

Qeyd edək ki, gələn il iyunun 28-dək davam edəcək I Avropa Oyunları ümumilikdə 19 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 3-ü qeyri-olimpiya növü olacaq. 9 idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı yaradacaq. Bunlar oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlondur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail