"NANJİNG 2014" - İlk gündə 3 medal

17.08.2014 | 4392 dəfə oxunub

Azərbaycan idmançıları 2014-cü il Nankin Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar. Stadium.az-ın məlumatına görə, bu gün təmsilçilərimiz 3 gümüş medal qazanıblar.  

Taekvondoçuların mübarizəsində Ceren Özbek (44 kq) meksikalı Brenda Nalleli Lua Orteqanı, yarımfinalda Abiqel Stounsu məğlub edib. Lakin finalda o, tailandlı Panipak Vonqpattanakitə uduzaraq, gümüş medalla kifayətlənib. 

Cüdoçularımızın yarışında Leyla Əliyeva (44 kq) da mübarizəyə 1/4 finaldan başlayıb. O, əvvəlcə qazaxıstanlı Adiya Sayini, yarımfinalda Anastasiya Turçevanı yenib. Finalda isə Əliyeva türkiyəli Melisa Çakmaklıya uduzaraq, ölkəmizə növbəti gümüş medalı qazandırıb. 

Daha bir gümüş medala kişi cüdoçumuz Natiq Qurbanlı (55 kq) sahib olub. O, yarımfinalda belçikalı Yorre Verstraeteni yenməyi bacarsa da, qızıl medal uğrunda qarşılaşmada qazaxıstanlı Bavırjan Zavıntayevə uduzub. 

Elvira Həsənova qadınlar arasında 200 metr məsafəyə kompleks üzgüçülük növündə çıxış edib. O, seçmə mərhələdə finişə 2 dəqiqə 33,52 saniyəyə çataraq, finala çıxa bilməyib və mübarizəni erkən dayandırıb. 

Nəhayət, akademik avarçəkənimiz Boris Yotov 1 nəfərlik qayıqla 1000 metr məsafəyə seçmə yürüşdə Kris Louri (Böyük Britaniya), Tomas Şramko (Avstraliya), Joel Rabel (Argentina), Andrius Lapatiukas (Litva) və Xuan Karlos Eliası (Salvador) üstələyərək, finişə 3 dəqiqə 25,47 saniyəyə çatıb. Yürüşü hamıdan öndə başa vuran Yotov birbaşa yarımfinala yüksəlib. Növbəti mərhələ yürüşü avqustun 19-da olacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail