Elçin Məmmədov: " Elə indi də hakimlikdəyəm"

18.08.2014 | 3659 dəfə oxunub

“Yenidən Premyer Liqa oyunlarını idarə edəcəyim haqda yayılan xəbərlər düzgün deyil. Çünki mənim hakimlik etməyə vaxtım yoxdu”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri sabiq FİFA referisi Elçin Məmmədov yenidən Premyer Liqa oyunlarını idarə edəcəyi haqda Stadium.az-ın verdiyi xəbərə münasibət bildirərkən deyib.

Elçin Məmmədov öz istəyi ilə Premyer Liqadan getdiyini növbəti dəfə vurğulayıb: “Mənim vaxtım olsaydı, Premyer Liqadan getməzdim. Elə indi də hakimlikdəyəm. Vaxtım olanda futzal oyunlarını idarə edirəm. Vaxtım olsa, böyük futbolda da oyun idarə edəcəm. Bunu heç kim mənə qadağan etməyib. Sadəcə olaraq, işlərimin çoxluğuyla əlaqədar ərizə yazmışam”.

“Konkret olaraq, sizi noyabrda yenidən Premyer Liqa oyunlarında görə biləcəyik, ya yox” sualını E.Məmmədov belə cavablandırıb: “Taleyi biz seçmirik, Allah verən taleynən yaşayırıq. Sizin sualınızın cavabını da dəqiq olaraq Tanrı bilir”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail