"Prtizan"lı futbolçudan "Neftçi"yə göndərmə

19.08.2014 | 4329 dəfə oxunub

“Neftçi”nin Avropa Liqasının “play off” mərhələsində rəqibi olan "Partizan" klubunun üzvü Voyislav Stankoviç Serbiya mətbuatına açıqlama verib. Stadium.az xəbər verir ki, 27 yaşlı futbolçu “Neftçi”ylə ilk oyunda istədiklərini nəticəni qazanmağa borclu olduqların bildirib:

"Ötən həftə komandada baş verənlər bizim üçün əlavə stimul oldu. Biz çətin anda birləşməyi bacardıq və futbolçularla məşqçilər korpusunun vahid komanda olduğunu göstərdik. Rəhbərliklə müzakirələrimiz oldu və bütün bunlar "Radniçki" ilə qarşılaşmada uğurla nəticələndi. "Neftçi" ilə oyunöncəsi vacib qələbə qazandıq.

Bizi "Neftçi" ilə çətin oyun gözləyir. Son 9 rəsmi oyunda məğlub olmamışıq. Hətta Çempionlar Liqasının III təsnifat mərhələsində "Ludoqorets"ə məğlub olmadan mübarizəni dayandırdıq. Əsas hədəfimiz qrup mərhələsində oynamaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Əvvəllər elə düşünürdük ki, ilk oyunu öz meydanımızda keçirmək daha yaxşıdır. Ancaq indi cavab matçının evdə keçirilməsinin daha yaxşı olduğunu anlayıram. Bakıya rahat getmək üçün ilk oyunda sərfəli nəticə qazanmalıyıq.

"Neftçi" həmin vaxt hədəfi olan və güclü rəqib təsiri bağışlamışdı. Onlar Belqradda keçirilən ilk oyunda (0:0) 90 dəqiqə müdafiə olunmuşdular. Həmin görüşdə yaratdığımı imkanları qola çevirə bilməmişdik. Bakıdakı oyunda da "Neftçi" gözlədiyimiz səviyyədə hücum futbolu oynamadı. Hazırda “Neftçi”nin nə qədər dəyişdiyini deyə bilmərəm. Biz onları yenə təhlil edəcəyik və buna uyğun taktika quracağıq. Hər iki oyuna yaxşı hazırlaşmalıyıq. Əsas məqsədimiz ilk oyunda qol buraxmadan qələbə qazanmaqdır. Avropada bu yaxşı nəticə olunur. Bunu bacarsaq əla olar. Belədə Bakıda bizi heç-heçə də qane edəcək. Ancaq öncədən danışmayaq. Hər şey meydanda həll olunur".

Avqustun 21-də Belqradda keçiriləcək "Partizan" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:15-də başlayacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail