23 medalı olan rusiyalı çempionla Elnur Məmmədlinin "od tutub yanan" müqayisəsi

24.08.2014 | 14865 dəfə oxunub

Azərbaycanda bir beynəlxalq arenada çempion olan idmançının ən qısa zamanda necə “şişdiyini” yaxşı bilirsiz. Hələ elə bir idmançı olmayıb ki, olimpiyadada ard-arda iki dəfə çempion olsun. Onlar bir dəfə çempion olandan sonra o qədər “şişirlər” ki, gələcək çempionluqlar bir anın içində yox olub gedir. Qarşılığında isə pullar, var-dövlət, bahalı maşınıar düşünülür. Stadium.az saytı olaraq bunun barizi nümunəsi kimi sizlərə bir müqayisə təqdim edirik.    

Yuxarıda sizin gördüyünüz fotoda gördüklərinizdən sol tərəfdəki şəkildə yer alan və işarəylə göstərilən insan Fedor Emelianenkoya məxsusdur. O, rusiyalı qaydasız döyüş ustası, qaydasız döyüş üzrə 4 qat MMA çempionu, "RINGS" versiyasına görə 3 qat, WAMMA 4 qat dünya çempionu, döyüşün sambo üzrə 4 qat dünya və 8 qat Rusiya çempionu, sambo üzrə beynəlxalq məşqçi və beynəlxalq idman ustasıdır və ictimai nəqliyyatdan istifadə edir.

Və bir də 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan cüdoçusu Elnur Məmmədli.

O, porschesi haqqında soruşulduqda deyib:

"Olimpiya çempionuyam, “07” sürəsi deyiləm ki. Şükür Allaha, imkanımız, gücümüz çatır ki, o maşını alıram, sürürəm".

P.S. Səhv anlamayın, bu iki idmançının müqayisəsi deyil. Elnur Məmmədlinin bu sözləri Azərbaycan reallığından danışır. Əslində, onun timsalında azərbaycanlı psixologiyası görünür. Bu bizik, maddiyyatla fəxr etmək köhnə adətimizdir. Biz böyüklüyümüzü, önəmli olduğumuzu belə göstəririk. Bizim üçün böyük adamlar bahalı maşın sürüb, böyük evlərdə yaşayanlardır. Bizim üçün 100 minlik maşından düşən "çoban", avtobus basabasında əzilən müəllimdən, alimdən daha üstündür. Biz pulu bütləşdirən xalqıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail