"Neftçi" və "Qarabağ" Avroliqada qrupa düşərsə, bu tarixi gözləyəcək

26.08.2014 | 3912 dəfə oxunub

2014/2015 mövsümü üçün UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələlərinin püşkünün vaxtı açıqlanıb.

Stadium.az xəbər verir ki, bu dəfə ilk olaraq Avropa Liqasının püşkü atılacaq. Fransanın Monako şəhərində keçiriləcək püşkatma mərasimi avqustun 29-da, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Avropa Liqasında ölkəmizi "Qarabağ" və "Neftçi" komandaları təmsil edir. Ağdam təmsilçisi Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün "pley-off"da "Tvente"ni (Hollandiya), "Neftçi" isə "Partizan" (Serbiya) klubunu mübarizədən kənarlaşdırmalıdır.

Həmin gün saat 20:45-də isə Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək. Burada isə ölkəmiz heç bir komanda ilə təmsil olunmur. Son Azərbaycan çempionu "Qarabağ"ın III təsnifat mərhələsində yolunu kəsən Avstriyanın "Zalsburq" klubunun qrup mərhələsində oynamaq şansı var. Bunun üçün Avstriya təmsilçisi "pley-off"da "Malmö" (İsveç) səddini keçməlidir.

Çempionlar Liqasının qrup mərhələsinin bütün iştirakçılarına avqustun 27-də, Avroliqanın qrup mərhələsinin bütün iştirakçılarına isə avqustun 28-də aydınlıq gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail