Böyükağa Hacıyev: "Əgər qapıçımız bir qədər inamlı oynasaydı..."

27.08.2014 | 3189 dəfə oxunub

“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının "play-off" mərhələsi çərçivəsində “Partizan”la keçiriləcək cavab matçı öncəsi təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Sabah “Neftçi” bəlkə də tarixində ikinci vacib oyununa çıxacaq. “Partizan” olduqca yaxşı komandadır. Çox təəssüflər olsun ki, hərdən mətbuatdan oxuyurduq ki, “Partizan”ın maliyyə problemi var. Ancaq bu gün “Partizan”ın çarter reysi ilə Bakıya uçmağı hər şeydən xəbər verir. “Partizan”a oyunu hədiyyət etdik. Fikir verin, bir oyunda dörd qol vurduq, ancaq uduzduq.  Sabah həmin səhvlərə yol verməyəcəyəik. Sabah Karlos Kardozo ilk oyundakı boşluqların olmasına imkan verməyəcək. Komandamız çox ciddi hazırlaşır. Sabah azarkeşlərdən böyük dəstək gözləyirəm. İnanıram ki, “Neftçi”sevərlər bizi layiqincə dəstəkləyəcək. 

- Serbiyadakı oyunda “Neftçi”nin müəyyən futbolçuları məsuliyyətsizlik etdi. Bu özbaşınalıqların qarşısını almısınız?

- Siz qətiyyən bundan narahat olmayın. Hər bir məşqçi rəqibi analiz edəndə  boşluqları axtarır. Bilirdik ki, “Partizan”ın hansı çatışmazlıqları var. Deniz Silva bundan istifadə etdi. Serbiyadan qayıdtıqdan sonra həmin oyuna 5-6 dəfə baxmışam. Əgəgr qapıçımız bir qədər inamlı oynasaydı, nəticə tam fərqli olacaqdı. Əmin olun ki, ilk oyunu tam analiz etmişik. Bu axşam futbolçularımızın hamısının səhvini üzlərinə deyəcəm. 

-“Neftçi” qapanan komandalara qarı oynamaqda çətinlik çəkir. Bunu ölkə çempionatında da görürük.  Yəqin ki, sabah “Partizan” da qapalı oynayacaq. Bunun üçün bir tədbiq görmüsünüz?

- Avropa futbolu başqadır. Bu gün bütün futbolçuların və mənim gələcək reytinqimiz sabahkı oyundan çox asıldır. Mən indi taktika hazırlamaq istəmirəm. Ancaq sabah meydana iki hücumçu ilə də çıxa bilərik. Çaışacaqğıq ki, sabah yeni bir taktika ilə oynayaq. Gəlin sabaha qədər gözləyək. “Neftçi” elə bir komandadır. Ki, bütün futbolçuları qol  vurur. Nfor “Çixura”ya 3 qol vurdu. Yəni bizdən hər şey gözləyin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail