“Neftçi”
bu gün Avropa Liqasının “play off” mərhələsinin cavab oyununda Serbiyanın “Partizan”
klubuyla qarşılaşacaq. Stadium.az xəbər verir ki, “Neftçi”nin vitse-prezidenti
Tahir Süleymanov cavab oyunuyla bağlı fikirlərini səsləndirib: “Çox təəssüf ki,
“Partizan” kimi Avropanın məşhur klubu maliyyə problemi ilə üzləşibmiş kimi
Serbiya mətbuatında qəsdən gündəmə gətirildi. Həmin vaxt bununla “Neftçi”yə müəyyən psixoloji
basqı yaratmağa çalışdılar. Ancaq onların Bakıya çarter reysi ilə gəlməsi,
paytaxtımızın ən bahalı otellərindən olan “Hilton”da qalmaları bu klubun
maliyyə probleminin olmamasından xəbər
verir. Onlar Bakıya 45 klub heyəti, 30 jurnalist
və digər nümayəndələrlə gəlib. Serbiyalı jurnalistlər “Qafqaz Siti”də
məskunlaşacaq. Belə tox komandanı burdan necə lazımdırsa, əliboş yola salmaq
lazımdır. İnşallah, biz buna nail olacağıq”.