"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib. Stadium.az xəbər verir ki, Qurbanov qrupdakı rəqiblərlə qarşılaşmaların onlar üçün yaxşı təcrübə olacağını bildirib:
"Təbii ki, püşkdə istənilən rəqiblə qarşılaşa biləcəymizi gözləyirdik. Maraqlı qarşılaşmalar olacaq. "İnter"in dünya futbolunda mövqeyi bəllidir. Bunu müzakirə etməyə belə dəyməz.
"Sent Etyen" Fransanın ən titullu komandasıdır. Cari mövsümə də olduqca yaxşı başlayıblar. "Dnepr" isə ötən mövsüm ən yaxşı dönəmini keçirib. Hazırda da çempionatda xal itirməyiblər. Bizim üçün yaxşı təcrübə olacaq. Azarkeşlərimiz və futbol camiəsi üçün keçirəyəcəyimiz qarşılaşmaların yaddaqalan olacağını düşünürəm".
Avropa Liqasının F qrupunda qərarlaşan "Qarabağ" "İnter" (İtaliya), "Dnepr" (Ukrayna) və "Sent Etyen" (Fransa) klubları ilə mübarizə aparacaq.