I xanım yeni tikilən stadionda oldu

30.08.2014 | 3147 dəfə oxunub

Ötən gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ölkəmizdə keçiriləcək bu mötəbər tədbirə hazırlıqla inşası davam etdirilən və yenidən qurulan idman obyektlərində görülən işlərlə tanış olub.

Dünyada idman ölkəsi kimi tanınan, idmana, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməyə ciddi hazırlaşır. Birinci Avropa Oyunlarının keçirilməsinə az vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Dövləti başçısının birbaşa tapşırığına əsasən Azərbaycanın paytaxtı ilə yanaşı, regionlarında da ən müasir idman infrastrukturu yaradılır, yeni Olimpiya idman kompleksləri tikilib istifadəyə verilir. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionunun inşası da bu istiqamətdə görülən tədbirlərdən biridir. Orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaq.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva əvvəlcə Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış oldu.

Gənclər və idman naziri Azad Rəhimov layihə əsasında görülən işlər barədə ətraflı məlumat verdi.

Mehriban Əliyevaya stadionun müxtəlif görüntüləri təqdim edildi. Bildirildi ki, stadionda işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunur. Mükəmməlliyi ilə diqqəti cəlb edən, 70 min tamaşaçı tutumu olacaq, altımərtəbəli stadionda indiyədək layihə çərçivəsində nəzərdə tutulan tikinti işlərinin əsas hissəsi başa çatıb. Beynəlxalq standartlara tam cavab verəcək bu idman obyektində əsas stadion, məşqlər üçün köməkçi stadion və yardımçı bina, müxtəlif funksiyalı tribunalar və digər infrastruktur tikilir. İdman obyektində əlil tamaşaçılar üçün də bölmələr nəzərdə tutulub. Stadionun layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir. Ərazidə avtomobillər üçün 3 min 100 yerlik park da yaradılacaq, stadionun ətrafında əsaslı abadlıq və geniş yaşıllaşdırma işləri aparılacaq.

2012-ci ilin noyabrında tammiqyaslı inşasına başlanılan stadionda işlər layihə üzrə nəzərdə tutulduğu kimi gələn ilin fevralında yekunlaşacaq. Beləliklə, Bakı Olimpiya Stadionu gələn il ölkəmizin ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarınadək istifadəyə veriləcək.

Tikinti işlərinin gedişi ilə tanış olan birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva müvafiq tapşırıq və tövsiyələrini verdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail