Oğuz Çətin: “Komandamın bu cür qələbəyə ehtiyacı var idi"

30.08.2014 | 2821 dəfə oxunub

“Komandamın bu cür qələbəyə ehtiyacı var idi. Mövsümə yaxşı başlamadıq. Gözəl oyun göstərsək də, çoxlu qol imkanları yaratsaq da, ilk 3 matçda gözlədiklərimizin qarşılığını ala bilmədik. Bu gedişi dəyişdirməyimiz lazım idi. Dönüş oyunumuz “İnter”lə görüşdə oldu".

Stadium.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Azərbaycan Premyer Liqasının 4-cü turunda "İnter"ə qalib (1:0) gəldikləri matçdan sonra deyib.  
O, futbolçularını göstərdikləri mübarizəyə görə təbrik edib:

"Qələbə qazanmaq üçün hər şeyi etdik. Bu gün bir daha gördük ki, azarkeşlərimiz bizə dəstək olduğu zaman komandamız daha da yaxşı oyun göstərir.  Bu qələbə növbəti oyunlarda daha inamlı çıxış etməyimizə kömək edəcək. “İnter” kimi komandaya qarşı oynamaq asan deyil. Futbolçuların üstün mübarizə əzmi və verilən taktiki tapşırıqların tam yerinə yetirilməsi qələbə qazanmağımızda rol oynadı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail