Brinci xanım yenidən Olimpiya Stadionunda - FOTO

10.09.2014 | 3795 dəfə oxunub

Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda həyata keçirilən işlərin gedişi ilə tanış olub. Stadium.az xəbər verir ki, Mehriban Əliyevaya məlumat verilib ki, 2011-ci ilin iyununda təməli qoyulan stadionun inşası sürətlə davam etdirilir və tikinti işlərinin böyük hissəsi başa çatdırılıb.

Daha sonra M. Əliyevaya Bakı Olimpiya Stadionunun interyerində həyata keçirilən və görüləcək işlərlə bağlı məlumat verilib. Təşkilat Komitəsinin sədri interyerdə istifadə olunacaq tikinti materialları və mebel avadanlığı ilə bağlı tövsiyələrini verib.

Müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 69 minə yaxın tamaşaçı yerinə malik Bakı Olimpiya Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılır. Təxminən 50 hektar ərazidə tikilən stadion 62 metr hündürlüyündə, 6 mərtəbədən ibarət olacaq. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya normativlərinə əsasən insanların stadiona daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3103 yerlik avtomobil parkı inşa edilir.

Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınacaq. Bununla da orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail