Nikolas Kanales: "Mən o vaxt düz edib “Neftçi”dən ayrıldım" - MÜSAHİBƏ

13.09.2014 | 9017 dəfə oxunub

“Neftçi” klubunun 29 yaşlı çilili hücumçusu Nikolas Kanalesin Stadium.Az saytına müsahibəsi:

- Bu gün “Neftçi” – “Xəzər Lənkəran”la oynayacaq. Oyun barədə nə deyə bilərsiz?

- Bu oyun bizim üçün çox vacibdir. Hətta deyərdim ki, derbidir. Oyunun vacibliyin çox yaxşı başa düşürük. Artıq UEFA-da oynamırıq. Buna görə də, çempionat oyunlarına daha yaxşı hazırlaşmalıyıq.

- “Xəzər Lənkəran”ı uda biləcəksiz?

- Mən münəccim deyiləm, amma inanıram ki, qələbə qazanacağıq. Elə 3 xal üçün də meydana çıxacağıq.

 - “Neftçi”də Böyükağa Hacıyev getdi, yerinə Arif Əsədov gəldi. Bu barədə nə düşünürsən?

- Yaxşı o oldu ki, indi fiziki planda daha yaxşı işləyirik. Bu mənada yaxşı oldu.

- Dedin ki, UEFA-da oynamırsız. “Partizan”ı keçə bilməməyinizi necə qiymətləndirirsən?

- Məncə biz oyunu Serbiyada uduzduq. Orada isə təcrübə çatdı. Çünki çox az ağıl işlətdik, bunu da ancaq təcrübəylə əlaqələndirmək olar. İki qol vurub, sonra uduzmaq mümkünsüz kimi bir iş idi. Buradakı oyu isə pis olmadı.

- Sən iki qırmızı vərəqə alıb uduzduğunuz oyunu biabırçılıq yox, yaxşı adlandırırsan?

- Düzdü, cavab oyununda uduzduq, amma bütün bunlar ilk oyundan sonra yaranan gərginliyin nəticəsi idi. Bayaq da dedim ki, biz turu Serbiyada əldən vermişdik.

- Sən qoyub getdiyin “Neftçi” güclü idi, yoxsa indi gəlib gördüyün?

- Mən oynayanda komanda Avropa Liqasının qrupuna düşdü, ölkə kubokun, çempionluğu qazanmışdıq. Mən gedəndə “Neftçi” daha güclü idi. İndi isə bir qədər zəif görünür.

- İndiki çempionat haqda nə düşünürsən?

- Təbii ki, çempion olacağımıza inanıram. Bunun üçün isə bütün fikrimizi oyunlara yönəltməliyik.

- Öz durumun necədi? İdeal formadan uzaq görünürsən...

- Mən son 3 ayda futbol oynamamışam, istirahətdə idim. Bizdə çempionat başa çatdı, bundan sonra məşq etməmişəm. İlk dəfə “Simurq”la oyunda start heyətində meydana çıxmışam son 3 ayda. Buna görə də, bir qədər gözləmək lazımdır.

- “Neftçi”dən ayrılandan sonra normal oyun oynamamısan, peşman deyilsən?

- Mən düz edib “Neftçi”dən ayrıldım. Çünki Cənubi Amerikanın ən böyük klublarından biri olan “Kolo Kolo”ya keçmişdim. Əslində, orda normal çıxış edirdim, qol da vururdum. Sadəcə zədələnməyim işləri korladı.

- “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi barədə nə deyə bilərsiz?

- Onları təbrik edirəm və uğur arzulayıram.

ÜMİD BABA, Stadium.Az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail