Azad Rəhimov İsveçrəyə getdi
Gənclər və idman naziri Azad Rəhimov İsveçrənin Makolin şəhərinə yola düşüb. Stadium.Az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən açıqlama verilib.
Rəhimov Avropa Şurasının idmana məsul nazirlərin 13-cü Konfransına qatılacaq. Konfrans ölkəmizin 31 oktyabr tarixinədək davam edəcək Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə baş tutur. Bu səbəbdən, tədbirin açılış sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində nazir Azad Rəhimov çıxış edəcək. Rəhimov ölkəmizin bir sıra beynəlxalq yarışlara ev sahibliyi etməsi zamanı və eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarında tamaşaçı zorakılığının qarşısının alınması, idmanda korrupsiya hallarına son qoyulmasının daim diqqət mərkəzində olmasının önəmini və bu səpkili konfransların keçirilməsinin vacibliyini diqqətə çatdıracaq. Nazir eyni zamanda idmanın inkişafı istiqamətində Avropa Şurası ilə əlaqələrin genişlənməsinin əsas istiqamətlərdən biri olduğunu da qeyd edəcək.
Konfrans zamanı "İdmanın idarə olunmasında korrupsiya”, "Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq”, "2015-ci il Dünya Antidopinq Kodeksinin həyata keçirilməsində hökumətlərin rolu”, "Tamaşaçı zorakılığına dair 1985-ci il Avropa Konvensiyasının icmalı” adlı qətnamələrin qəbulu gözlənilir.
Tədbir çərçivəsində həmçinin "İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiyası" imzaya açıq elan ediləcək.
Qeyd edək ki, konfrans zamanı Azad Rəhimovun Avropa Şurasının baş katibi Torbörn Yaqlandla təkbətək görüşü də nəzərdə tutulur. Görüş zamanı Avropa Şurası ilə Azərbaycan arasında gənclər və idman sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə qurumla birgə həyata keçirdiyi "Gənclər siyasəti üzrə I Qlobal Forum” və "Nifrət nitqinə Yox hərəkatı” və s layihələr ətrafında müzakirələr olacaq. Eyni zamanda görüş əsnasında Bakı 2015 Avropa oyunlarının təqdimatı da gerçəkləşəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |