Dünya Kuboku Qəbələdə!

20.10.2014 | 4854 dəfə oxunub

«Qəbələ» Atıcılıq Klubu 21-28 oktyabr tarixlərində daha bir mötəbər turnirə - olimpiya atıcılıq növləri üzrə Dünya Kubokunun final yarışlarına (ISSF WORLD CUP FINAL 2014 ) ev sahibliyi edəcək. Stadium.Az xəbər verir ki, yarış «Qəbələ» Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qəbələdə baş tutacaq.

Şəhərimizdə baş tutacaq turnir  Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarış hesab olunur və bu səbəbdən medallar uğrunda mübarizə aparacaq ölkələrin sayı 40-a çatıb. Qonaqlar arasında Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya, baş katibi Frants Şrayber, Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisin və digər rəsmi şəxslər də olacaq.

Dünya Kubokun finalı yarışları 7 mərhələdən ibərətdir və il ərzində Tukson (ABŞ), Fortbenninq (ABŞ), Münxen (Almaniya), Qranada (İspaniya), Maribor (Sloveniya) və Almatı şəhərlərində (Qazaxstan) keçirilib. Güllə və stend atıcılığı növləri üzrə bu yarışların nəticələrinə görə ən yüksək reytinq toplaşmış 280 idmançı Qəbələyə gələcək. Ölkəmizi isə bu yarışlarda Nurlanə Cəfərova və Emin Cəfərov (hər ikisi  dairəvi stend), İradə Aşumova və Ruslan Lunyov (hər ikisi güllə atıcılığı) təmsil edəcəklər.

Oktyabr 22-də Heydər Əliyev adına Konqres Mərkəzində turnirin  rəsmi açılış mərasimi keçiriləcək. 23-27 oktyabr tarixlərində yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı «ISSF TV» vasitəsilə canlı yayımlanacaq. Yarışın rəsmi sponsorları «Gilan Holding», «Jalə» , «Milla» , «LG» , «Im tea» , «Zolotoy sad» , «Bağdan», «Chipsim» , «SUIS» və  «Adamas» şirkətləridir.

gabalafc.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail