Məşhurlar “Qarabağ”ın qalibiyyətindən DANIŞDI

24.10.2014 | 12288 dəfə oxunub

 Azərbaycan çempionu “Qarabağ” komandası ilə “Dnepr” (Ukrayna) komandası arasında keçirilən oyunda hesab açılıb. Oyunun 21-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Muarem Muarem rəqib qapısından top keçirib.

 Biz də elə bu haqda məşhurların fikirlərini öyrənmək istədik. "ATV" telekanalının idman xəbərlərinin sevilən aparıcısı Sənan Şəfizadə "Qarabağ" komandası haqda fikirlərini bizimlə bölüşdü:

“Azərbaycan futbol tarixində ilk dəfə "Qarabağ" futbol komandası Avroliqada qrup məhrələsində qələbə qazandı. Bu böyük fəxrdir. "Qarabağ"  həqiqətən də çox layiqli və əzmkar oyun nümayiş etdirərək, rəqibinə qalib gəldi. Cari mövsüm "Qarabağ"ın gözəl oyunu azarkeşlərimizi stadiona qaytardı. Ağdam təmsilçisinin qələbəsi adi uğur deyil. 3 oyundan sonra 4 xal toplamağımız bizi daha da ümidləndirir. Avroliqada  pley-off duymağa başlamışıq. İnanıram ki, bu uğuru da "Qarabağ" bizə yaşadacaq.

"Lider" TV-nin "Solo" verilişinin aparıcısı Murad Arif:

“Çox sevindim. Məhz "Qarabağ" adlı komandanın beynəlxalq səviyyəli oyularda qalib olmasında bir rəmzi məna var. Qoy dünya bilsin ki, Qarabağsız Azərbaycan ola bilməz. Belə qələbələrdə bütün dünya azərbaycanlıları birləşərək, qarabağlı olur. İnşallah hər zaman belə olsun. Qarabağ irəli!”.

"Space" telekanalının xəbər aparıcısı Elvin Basqallı:

“Oyun başlayanda mən xəbərlərin gecə buraxılışında efirdə idim, oyunun ilk dəqiqələrini və sonra evə getdiyim üçün ilk 25 dəqiqəni izləyə bilmədim. Ancaq evə çatıb, sona kimi futbolu izlədim və artırılan 4 dəqiqəni daha böyük həyəcan keçirdim. Qarabağın qələbəsini sadəcə gözləmirdim, həm də inanmırdım. Super hisslər. Amma bu səhər Qarabağın qələbəsi ilə bağlı yazılan xəbərlərin şərhlərində erməni təfəkkürlü şərhlər görüb, üzüldüm. Təəssüf ki, belə adamlar da var. "Qarabağ" xarici oyunçulardan ibarətdir, qələbə pulla alınıb, kimi fikirlər səsləndirən şəxslər azərbaycanlı ola bilməz”. (hafta.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail