AFFA-nın mərhum prezidenti ruhu xatirə turnirində yad edildi

01.11.2014 | 3898 dəfə oxunub

Oktyabrın 29-da «Olimpiya dünyası» qəzeti, «OlimpSport» jurnalı və AFFA-nın təşkilatçılığı ilə qurumun mərhum prezidenti Ramiz Mirzəyevin 60 illik yubileyinə həsr olunmuş mini futbol turniri keçirilib.
Stadium.az xəbər verir kiOlimpiya növləri üzrə milli komandalar üçün təlim-məşq mərkəzində təşkil olunan turnirdə «Neftçi» futbol klubunun veteranları, incəsənət ustaları və jurnalistlərdən təşkil olunmuş 4 komanda iştirak edirdi. Açılış mərasimində çıxış edən keçmiş futbolçu Oqtay Abdullayev, tanınmış məşqçi Ağasəlim Mircavadov və Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev təşkilatçılara öz minnətdarlıqlarını bildirdilər. Onlar AFFA-nın mərhum prezidentinin həyat yolundan söhbət açdılar. Sonra yarışlara start verildi. Bütün görüşlərdə qalib gələn «Neftçi» futbol klubunun veteranlardan ibarət komandası birinci yerə layiq görüldü. İncəsənət ustalarının komandası ikinci oldu. Yarış başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirildi. «Olimpiya dünyası» qəzetinin baş redaktoru Murad Fərzəliyev, AFFA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mikayıl Nərimanoğlu və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Dilqəm Quliyev mükafatlandırma mərasimində çıxış edərək belə turnirlərin müntəzəm şəkildə keçirilməsinin vacibliyini vurğuladılar.
Xatirə turnirinin bütün iştirakçılarına hədiyyələr təqdim olundu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail