Foqtsun tərcüməçisi menecer çıxdı

11.08.2011 | 5326 dəfə oxunub

Murad Hüseynovu Azərbaycan millisinə gətirən şəxsin kimliyi üzə çıxıb. Stadium.az xəbər verir ki,  bununla bağlı araşdırma zamanı ortaya maraqlı faktlar çıxıb.

Məlum olub ki, yığmamızın baş məşqçisi Berti Foqtsun tərcüməçisi Aydın Rustəmov həm də menecerlik edir. Araşdırmalar zamanı məlum oldu ki, alman çalışdırıcının menecer tərcüməçisi Almaniyanın «Cosmosports» şirkəti ilə əməkdaşlıq edir. 
Bundan da maraqlı məqam isə Aydın Rüstəmovun bəzi futbolçularımızın, həmçinin Murad Hüseynovun meneceri olmasıdı. Ötən il birdən-birə üzə çıxarılan və milli komandaya dəvət alınan hücumçunun hansı keyfiyyətləri ilə Berti Foqtsun diqqətini çəkdiyi və yığmaya çağırıldığı bu günə qədər ən çox müzakirə olunan məsələlərdən biri idi. İndi isə məlum olur ki, Foqts heç də dağıstanlı futbolçunun «qara qaşına, qara gözünə aşiq olmayıb». Alman çalışdırıcı tərcüməçisinin mencerlik etdiyi futbolçunu yığmaya çağırıb qiymətini artırır və bununla da onun, bəlkə həm də öz cibini doldurur.
Aydın Rüstəmov həm də Andrey Popoviçin meneceridi. Hazırda «Sumqayıt»da forma geyinən futbolçu əsas heyət oyunçusu olmasa da, Foqtsun diqqətindən yayınmır və tez-tez yığmaya çağırılır.
Daha bir maraqlı məqam: hər iki futbolçu - həm Murad Hüseynov, həm də Andrey Popoviç Almaniyanın «Fortuna» (Düsseldorf) klubunda baxışda olub. Almanlar nə Muradı, nə də Andreyi bəyənməyərək geri göndərib. Hətta Popoviç Almaniyadan qayıtdıqdan sonra aldadıldığını, «Fortuna»ya boş yerə yollandığını bildirmişdi. Burdan da məlum olur ki, Foqts və tərcüməçisi əlaqələrindən istifadə edib müştərilərini həm yığmada, həm də Almaniya klubunda reklam edib, qiymət artırırlar. Təsadüfü deyil ki, xaricdə heç kimə lazım olmayan Murad Almaniyadan qayıtdıqdan sonra böyük məbləğ qarşılığında «Qəbələ»yə transfer olundu.
Maraq üçün qeyd edək ki, Foqtsun menecer tərcüməçisinin müştəriləri sırasında İngiltərənin «Everton» klubuna transfer olunan Araz Abdullayev və Türkiyənin «Erciyəsspor» komandasına keçən Amit Quluzadə də var.

fanat.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail