Branimir Subaşiç rəsmən “Xəzər Lənkəran”da

12.08.2011 | 4922 dəfə oxunub

"Xəzər Lənkəran" daha bir transferini rəsmiləşdirib. Stadium.az xəbər verir ki,  Azərbaycan yığmasının sabiq futbolçusu Branimir Subaşiç bu gündən "ağ-yaşıllar"ın şərəfini qoruyacaq. 29 yaşlı hücumçu ilə klub arasında 1,5 il müddətinə müqavilə bağlanıb.

Milliyətcə serb olan Subaşiç karyerasına doğulduğu ölkənin "Jeleznik" klubunda başlayıb. Bundan sonra hücumçu legioner karyerasına start verib. Öncə Belçikanın "Ostende", ardından Fransanın "Bove Uaz", Ukraynanın "Çernomorets" və Rusiyanın "Amkar" klublarının formasını geyinən Subaşiç, 2005-ci ildə Bakının "Neftçi" klubuna transfer olunub. 2007-ci ildə futbolçu milliləşdirilərək Azərbaycan yığmasının heyətinə cəlb edilib.

O, 2008-ci ildə artıq yığmamızın hücumçusu kimi Serbiyanın "Srvena Zvezda" klubuna keçir. Burada bir mövsüm çıxış etdikdən sonra isə futbolçu Çinin "Çançun Yatay"ına transfer olunub. Son mövsümü isə Subaşiç çempionatımızda "Qəbələ"nin heyətində keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail