Milinko Pantiç "Bakı"ya qayıdır?

12.11.2014 | 5425 dəfə oxunub

“Baş məşqçi təyin etmək hüququ klubumuzun prezidenti Hafiz Məmmədova məxsusdur. Sözsüz ki, Hafiz müəlllim istəsə, Milinko Pantiç hər an “Bakı”ya qayıda bilər".

Stadium.az xəbər verir ki, bu sözləri “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov deyib.

Məlum səbəblərdən “Bakı”nı tərk edən komandanın sabiq baş məşqçisi Milinko Pantiç ötən gün verdiyi müsahibəsində “Bakı”ya qayıtmaq ehtimalından danışarkən bunun klub prezidenti Hafiz Məmmədovdan asılı olduğunu bildirib.

Seyidov isə qeyd edib ki, klubun maliyyə durumu qaydasına düşərsə, Pantiçin qayıdışı mümkündür: “Bakı”nın maliyyə durumunun necə olacağını Hafiz müəllimdən yaxşı bilən yoxdur. Hafiz müəllim Pantiçin geri qayıtmağını istəsə, deməli, “Bakı” işlər qaydasına düşüb”.

Yaşar müəllim “Bakı” klubunun məşqçilərinin əməkhaqqının AFFA tərəfindən ödənilməsi xəbərinə də münasibət bildirib: “Bizim jurnalistlər bu məsələdə bir az diqqətli olmalıdır. Məsələ burasındadır ki, aşağı yaş qrupları üzrə komandalarımızın məşqçilərinin əməkhaqqının bir hissəni AFFA ödəyir. Bu dəstək tək bizə yox, digər klublara da verilir. AFFA-nın bu işini alqışlamaq lazımdır. Bu, Azərbaycan futbolunun inkişafı üçün görülən işlərdir. Gənc futbolçuların yetişməsi üçün AFFA müəyyən proqramlar həyata keçirir”. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail