"La Liqa dünyada ən güclü çempionatdır"

14.11.2014 | 5260 dəfə oxunub

"Real Sosyedad" yeni baş məşqçisi Deyvid Moyesi ictimaiyyətə təqdim edib. Stadium.Az xəbər verir ki, 51 yaşlı şotland mütəxəsis bask klubu ilə 2016-cı ilə qədər  müqaviləyə imza atdıqdan sonra medianın suallarını cavablandırıb. Moyesi La Liqanı Premyer Liqadan daha güclü hesab edib.

"Real Sosyedad" mənim ürəyimdən xəbər verdi. La Liqada əla oyunçular və məşqçilər var. Özümü ən yaxşılara qarşı sınamaq istəyirəm. Vaxt artıq yetişmişdi. Mən gözəl dincəlmişəm və işimə davam etməyə hazıram. Məncə, La Liqa dünyanın ən güclü çempionatıdır. Mən "Real Sosyedad" futbolçularında ruh yüksəkliyi müşahidə etdim. Ötən həftə "Atletiko"ya qarşı matçda qazanılan nəticə onlara yaxşı təsir edib. Mənim vəzifəm bu oyunçulardan rəqabətə davamlı kollektiv formalaşdırmaqdır. Hiss edirəm ki, bu iş mənim xarakterimə uyğundur. İspaniyaya gəlmək mən və ailəm üçün mühüm qərardır. Komandada olan futbolçuları qiymətləndirmək lazımdır. Transfer pəncərəsi 5 həftədən sonra açılacaq. Klub prezidenti planlarıma kömək üçün əlindən gələni edəcəyini bildirdi. "Everton"da uğurlu 11 il keçirdim. "Sosyedad" həmin komandaya bənzəyir. "Everton"un sükanı arxasına keçəndən sonra onu daha da inkişaf etdirdim. Ümid edirəm ki, eyni uğura San Sebastyanda da nail olacam".

Moyes "Real Sosyedad"ın 4-cü britaniyalı məşqçisidir. Ondan öncə Harri Lou, Con Bencamin Toşak və Kris Koleman kimi britaniyalılar Baskoniya təmsilçisini çalışdırmışdı. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail