Robben "Qızıl top"a Ronaldo və Messi dedi

15.11.2014 | 6655 dəfə oxunub

Hollandiya millisi və "Bavariya"nın yarımmüdafiəçisi Aryen Robben "Qızıl top" mükafattına namizədlərini açıqlayıb. Stadium.Az xəbər verir ki, ulduz futbolçu mükafatı "canavar" adlandırdığı iki oyunçu - Kriştianu Ronaldo və ya Lionel Messinin qazanacağını bildirib.


Robben son altı ildə Messi ilə Ronaldonun layiq görüldüyü "Qızıl top"un bu dəfə də bu iki futbolçudan birinə veriləcəyini qeyd edib. Holland yarımmüdafiəçi Leo ilə Kriştianunun hamıdan güclü futbolçu olduqlarını etiraf edib:

"Onların son 6 ildə etdikləri inanılmazdı. Heç birimiz iki futbolçuya yaxınlaşa bilmərik. Buna görə də mükafatı ikisindən biri qazanacaq. Öz şansımı çox az görürəm. Yenə də adımın 23 nəfərlik siyahıdaolması qürurvericidi".

"Qızıl top"un sahibi gələn ilin yanvar ayında müəyyənləşəcək. Bundan öncə isə siyahıdakı namizədlərin sayı 3-ə enəcək. Son "3-lük"də Ronaldo və Messi ilə yanaşı, "Bavariya"nın qapıçısı Manuel Noyerin də adının olacağı gözlənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail