Mahmud Qurbanov Norveçə məğlubiyyəti şərh etdi

17.11.2014 | 3510 dəfə oxunub

Azərbaycan millisi AVRO-2016-nın ıv turunda Bakıda ötən gün Norveçə uduzdu - 0:1. Stadium.Az xəbər verir ki, millimizin baş məşqçi əvəzi Mahmud Qurbanov qarşılaşma barədə jurnalistlərin sualların cavablandırıb: 

- Oyundan və futbolçuların meydandakı mübarizəsindən razı qaldım. Norveç yığması göstərdi ki, müdafiədə səhvsiz oynayır. Bizim oyunçulara şans vermədilər. Çox qapalı mübarizə apardılar. Düzdü, nəticə yaxşı olmadı. Amma bir xal qazanmaq istəyirdik. Lakin rəqibin arxa xətdəki oyunu buna imkan vermədi. Bir sözlə, komandamdan razı qaldım. Oyunçular istəkli idilər. Müdafiədə və yarımmüdafiədə dəyişikliklər oldu. Qol vurmaq istəyən komanda hücumda da dəyişiklik etməlidi. 

- Milli legionersiz necə oynadı?
- Meydanda hamısı yerli oyunçular idi. Yaxşı mübarizə apardılar. Sadəcə, qol vurmaq çatmadı.

- Start heyətində niyə Ruslan Abışovun əvəzinə Qara Qarayevə şans vermədiz?
- Abışov bizimlə olan müddətdə yaxşı hazırlaşmışdı. Əvəzlənənə qədər də pis çıxış etmədi. Təcrübə baxımından ona şans verdik. Həm də neçə vaxtdı millidə idi. Bu, o demək deyil ki, Qarayev zəifdi.

- Cinahlardan asmalara üstünlük verməyinizin səbəbi nə idi?
- Norveçin qapalı oynamasına görə cinahlardan ötürmələrə üstünlük verdik. Rəqib buna imkan vermədi.

- Futbolçular bu məğlubiyyətə görə nədən şikayət edirdilər?
- Məqsədimiz o idi ki, qısa ötürmələrə və yerlə oyunla rəqibin qapısı önündə qol vəziyyətləri yaradaq. Alınmadı. Oyunçuların şikayəti o idi ki, Norveç millisi onlara oynamağa şərait yaratmadı.

- Əvəzetmələri niyə gec etdiniz? Azarkeşlər Vüqar Nadirovu meydana çağırırdılar. Niyə onu hücuma buraxmadınız?
- 3 əvəzetmənin hamısı mütləq olmalı deyildi. Belə alındı və axıra qədər belə oynadıq.

- Norveçin Estoniyaya qarşı oyununa baxmışdınız. Bəlkə həmin matçdakı analiz sizi aldatdı?
- Həmin görüşə baxmışdıq. Problem standart vəziyyətdən qol buraxmağımız idi.

- Elxan Məmmədov deyib ki, yerli məşqçi də yığmaya gəl bilər. Sizə təklif olarsa, hazırsınız?
- Bu hələlik real görünmür. Belə bir təklif olarsa, cavab verərəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail