“Bakı-2015” Avropa Oyunlarının idman elçiləri bəlli oldu

19.11.2014 | 4073 dəfə oxunub

“Bakı-2015” Avropa Oyunları noyabrın 19-da ilk Avropa Oyunlarının idman elçiləri olacaq 11 Azərbaycan idmançısının adlarını elan edib.

“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, idmançılar öz idman növlərini və ölkələrini təmsil etmək üçün seçiliblər və qarşıdan gələn Oyunlarla bağlı marketinq kampaniyalarında iştirak edəcəklər. Onlar növbəti yay keçiriləcək tədbirin bütün Azərbaycanda təbliğ edilməsində iştirak edirlər.

Açılış mərasimi yaxınlaşdığından onlar, həmçinin “Bakı-2015”in geniş şəkildə qeyd olunacaq möhtəşəm tədbirlərində iştirak edəcəklər.

Seçilmiş idmançılar bunlardır: Suğra Müqabilzadə (oxatma), Nazim Babayev (yüngül atletika), Amil Həmzəyev (basketbol 3x3), Elgün Əlizadə və Murad Sultanov (velosiped idmanı), Səbinə Mikina (qılıncoynatma), Marina Durunda (gimnastika), Elmar Qasımov (cüdo), Ceyran Əliyeva (voleybol), Rövşən Bayramov və Mariya Stadnik (güləş).

Azərbaycanın gənclər və idman naziri və “Bakı-2015”in baş icraçı direktoru Azad Rəhimov deyib: “Bu idmançılar ölkənin ən yaxşılarından bir neçəsidir. Onlar Avropa Oyunlarının ən yaxşı idman elçiləri olduqlarını sübut edəcəklər. Biz onlardan “Bakı-2015”in yaşadacağı həyəcanı ölkənin digər bölgələri ilə də paylaşmalarını istəyirik və əminəm ki, onların nailiyyətləri bütün Azərbaycan gənclərini həvəsləndirəcək”.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib: “Biz idman elçiləri proqramı üzrə “Bakı-2015”lə birgə çalışmaqdan məmnunluq duyuruq. “Bakı-2015” idmançılarımız üçün beynəlxalq arenada bacarıqlarını, öz idman növləri və ölkələrini təmsil etmələri üçün son dərəcə mühüm imkandır. İdman elçiləri proqramı onlara öz karyeralarını inkişaf etdirməkdə yardımçı olacaq”.

“Bakı-2015” idman elçiləri proqramı beynəlxalq kampaniyalar vasitəsilə Avropa Oyunları haqda dünya miqyasında məlumatlılığın artırılmasına kömək edəcək tanınmış elçiləri də cəlb edəcək.

“Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “İdman elçiləri proqramı birinci Avropa Oyunlarına yardım etmək üçün Avropadan qalib olacağına ümid edən məşhur idmançıların dəstəyindən yararlanacaq və bunun uğurlu olacağına əminik. Göstərdikləri köməyə görə bütün Azərbaycan idmançılarına təşəkkür edirik. Gələcək aylarda “Bakı-2015”in təbliğ edilməsində onlarla birgə çalışmağı səbirsizliklə gözləyirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail