“Xəzər Lənkəran” bu ədalətsiz hakim qərarı ilə vuruldu! VİDEO

21.11.2014 | 4198 dəfə oxunub

Ötən gün Azərbaycan Premyer Liqasının 12-ci turunun mərkəzi oyununda “Xəzər Lənkəran” “İnter”in qonağı oldu. Stadium.az xəbər verir ki, meydan sahibləri bu oyunda 3:1 hesabıyla qalib gəlsə də, qonaq komanda böyük hakim ədalətizliyinə məruz qaldı. İş ondadır ki, oyunun 23-cü dəqiqəsində Lənkəran klubunun futbolçusu Sadio Tounkara rəqib qapıçı Səlahət Ağayevlə təkbətək çıxdığı vaxt, “İnter”li qolkiper cərimə meydançasından kənara çıxaraq, toppa əllə toxundu və bununla da real qol şansının qarşısın aldı.Baş hakim Rəhim Həsənovun gözləri bunu görməzdən, fiti isə çalmazdan gəldi.  Bu epizod baş verən zaman sona hələ bir saatdan çox qalmışdı və “İnter”li qapıçıya göstəriləcək qırmızı vərəqə oyunun nəticəsinə təsir edə, fərqli hesab qeydə alına bilərdi. Ancaq hakim ədalətsizliyinin qurbanı olan “Xəzər Lənkəran”, sonda meydandan məğlub ayrıldı. Ümumiyyətlə, oyun boyu Rəhim Həsənov ancaq cənubluların qayda pozuntuların görürdü. Sanki o, “Xəzər Lənkəran” hücumda olanda kor olur, heç nəyi görmürdü. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail