"Neftçi" etiraz videosu yayımladı VİDEO

21.11.2014 | 4233 dəfə oxunub

Premyer Liqanın 12-ci turu çərçivəsində keçirilmiş “Simurq” - “Neftçi” oyunu qərəzli hakim idarəçiliyi ilə yadda qalmışdır. “Neftçi” PFK Fariz Yusifovun başçılıq etdiyi hakimlər briqadasının matçın nəticəsinə birbaşa təsir göstərən qərarlarına etirazını bildirir. Qərəz doğuran epizodları təqdim edirik.

1-ci epizod: Rəqib futbolçu “Neftçi”nin cərimə meydançasına özünü yerə atır. Bu epizodda qapıçı Emil Balayev rəqib futbolçuya toxunmasa da, baş hakim Fariz Yusifov 11 metrlik nöqtəni göstərir və qapıçını sarı vərəqə ilə cəzalandırır. Nəticədə “Simurq” klubu matçın nəticəsini müəyyənləşdirən qolu vurur.

2-ci epizod: Bu epizodda rəqib futbolçu cərimə meydançası daxilində Flavinyonu güləş fəndi ilə aşkar şəkildə tutub yıxsa da, baş hakim Fariz Yusifov qayda pozuntusunu qeydə almır.

3-cü epizod: Rəqib futbolçu Samir Zərgərov “Neftçi”nin müdafiəçisi Məqsəd İsayevin qarşısını aşkar kobudluqla alır. Açıq ayaqla sürüşmə fəndi yerinə yetirən  rəqibin bu hərəkəti cəzasız qalır. Bu epizodda ağır zədə alan Məqsəd İsayev meydançanı xərəkdə tərk edir və “Neftçi”nin heyətində məcburi əvəzetmə edilir.

4-cü epizod: “Neftçi”nin hücumu zamanı rəqib futbolçu cərimə meydançası daxilində voleybolsayağı əllə oynasa da, Fariz Yusifov “Simurq” klubunun qapısına penalti təyin etmir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail