Yunis Hüseynov: “Kaxanın o yaşı deyil axı, tutub qulağın burasan” - MÜSAHİBƏ

21.11.2014 | 4395 dəfə oxunub

"Xəzər Lənkəran” klubunun idman direktoru Yunis Hüseynovun müsahibəsi:

- Dünən oyundan sonra Kaxaber Sxadadzeylə aranızda problem olub. Nə baş verdi?
- Problem olub deyəndə, qeyri-etik hərəkət etdi. Mən də ona qarşı öz etirazımı bildirdim. 
- "İnter”in çüncü qolundan sonrakı jesti nəzərdə tutursuz?
- Yox, o deyil. Oyun bitəndən sonra.
- Tək sizə yönəlmişdi?
- Yox, ümumi klub qarşı etdiyi hərəkət idi.
- Deyirlər, axı sizə yumruq atıb?
- Açığın deyim, bunu görməmişəm, amma etirazımı bildirdim.
- Bəs Kaxa sizə cavab vermədi?
- Nə deyəcək ki...
- Siz "Xəzər Lənkəran”da baş məşqçi olanda da Kaxayla aranızda problem olmuşdu...
- Sözümüz düz gəlməmişdi, onda əsəbləmişdim. Dünən də belə oldu.
- O vaxt yaxşı dərs verməmisiz də...
- Hə, ola bilər.
- Ümumiyyətlə, Kaxada bu xasiyyət var. Ölkə futbolunda tanınmış bir sima kimi, buna münasibətiniz necədi?
- Heç bir məşqçiyə belə düşük hərəkətlər baş ucalığı gətirmir. Mən belə şeyləri götürmürəm. Mənim komandama qarşıda belə hərəkətlər etmək olmaz. Etdi, dünəndə isti-isti cavabın aldı. Gərək heç kim buna susmasın, vaxtında tədbirin görsünlər. Bilirsiz necədi, biz belə hərəkət etmirik deyə, istəmirik bizə qarşıda etsinlər. 
- Düşünmürsüz ki, denən Kaxaya cavabınız yüngülvari olub. Yeri və məqamı düşəndə Kaxaberə daha tutarlı dərs verəsiz?
- Yox, Allah etməsin ki, o səviyyəyə çatsın. Bunu heç vaxt istəmərəm. Olmaz, belə şeylər yaraşmaz. Sxadadzenin yaşıda o yaş deyil ki, deyim, qanmadı etdi. Məşqçiyə yaraşmaz belə şey. Kaxanın o yaşı deyil axı, tutub qulağın burasan. Udmusan, bizim məşqçi də gəlib səni təbrik edəcəkdi.
- Kaxa mətbuat konfransında az qala müsəlmanlığı qəbul edib, Qurana əl basıb and içsin ki, belə hərəkətlər etməyib...
- Əşi yox e, yalan deyir. Hamının gözü qarşısında oldu. Hətta AFFA nümayəndəsi də gördü. Deməyəcək ki, etmişəm, yalan danışır.
- Amma AFFA nümayəndəsi açıqlamasında deyib ki, günah sizdə olub...
- İnanmıram buna. Bayaq Rauf Əmirov özü mənə zəng etmişdi, dedi ki, Kaxanın günahkar olmasın oyunun protokoluna da yazıb. Mən dəli deyiləm ki, ona etiraz edim.
- Bəs hakimin məlumun qərarı barədə nə deyə bilərsiz?
- Mən həmin epizoda bu gün də baxdım. Təmiz qırmızı vərəqə idi, birmənalı şəkildə. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail