"İnter" jurnalsitlərdən narazılıq bəyanatı yaydı

21.11.2014 | 3359 dəfə oxunub

"İnter” klubu bəyanat yayıb. Stadium.az klubun rəsmi saytında yer alan həmin bəyanatı olduğu kimi təqdim edir:

"İnter”PİK-in rəhbərliyi bir sıra Kütləvi İnformasiya Vasitələrinin Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən "İnter” - "Xəzər-Lənkəran” matçından sonra baş vermiş hadisəyə münasibətini birmənalı qarşılamır.
Klub rəhbərliyi tənqidə açıq olduğunu vurğulamaqla yanaşı bildirir ki, "İnter” komandasının baş məşqçisi Kaxaber Tsxadadze barədə futbol ictmaiyyətinə təqdim olunan materiallar obyektiv dəlil və faktlara əsaslanmalıdır. "İnter” PİK-in rəhbərliyi müvafiq futbol qurumlarının hüquqi qiymət verməsinədək "İnter” - "Xəzər-Lənkəran” matçından sonra baş vermiş hadisə ilə bağlı məlumatlara yer ayrılmasını tələskənlik kimi qiymətləndirir.
Komandanın baş məşqçisi oyunsonrası mətbuat konfransında "Xəzər-Lənkəran" komandasına böyük hörmətlə yanaşdığını və oyundan sonra rəqibə qarşı hər hansı bir hörmətsizliyə yol vermədiyini açıqladı. "İnter” klubu bir daha bəyan edir ki, bütün klublara hörmətlə yanaşır və K.Tsxadadze haqqında faktlara söykənməyən məlumatların informasiya məkanınında yayılmasını düzgün addım saymır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail